Məhkəmə qərarları › İş №2(060)-1939/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1939/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1939/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X5 11 yanvar 1968-ci ildə anadan olmuşdur. O, ürəkqan dövranının çatışmamazlığı xəstəliyindən əziyyət çəkmiş, ailəli olmamış, 25 dekabr 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Onu Sumqayıt şəhərində köhnə qəbirstanlığında dəfn etmişlər. Bütün bunları şahidlər və verilən arayışlar vasitəsilə təsdiq edə bilər. Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etdiyinə görə qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Sumqayıt Tibb Mərkəzi X10 X11 Stansiyasının 25 dekabr 2021-ci il tarixli 2843 №-li arayışında bildirilir ki, briqada ünvana çatdığı zaman qardaşı X2 meyidi aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. O, Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qardaşının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən qardaşı X2 25 dekabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi 14.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, ərizəçinin qardaşı mərhum X5 onun qonşusudur. O, bacısı və onun qızı ilə yaşamış, uzun müddətdir ki, xəstə olmuşdur. Axşam yatıb səhər oyanmamışdır. Yas və dəfn mərasimlərində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, mərhum X5 onun qardaşıdır. Ailədə 6 uşaqdırlar. Qardaşı Rahib lal-kar bacısı və onun qızı ilə yaşamışdır. Bacısına görə ailə həyatı qurmamışdır. O, 24 dekabr 2021-ci il tarixdə rəhmətə getmiş, onlara bu barədə səhər xəbər verilmişdir. İş materiallarında olan АЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Zəngilan rayonunun Şəfibəyli kəndidə anadan olmuşdur. İş materiallarında olan АЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.01.1968-ci il tarixdə Zəngilan rayonunun Şəfibəyli kəndidə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X10 tərəfindən verilmiş 25.12.2021ci il tarixli, 2843 saylı məktubdan görünür ki, 25.12.2021-ci il tarixdə saat 09:18-də ünvan 3 ünvanında yaşayan X5 adına çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1968-ci il təvəllüdlü X2 meydini aşkar etmişdir. Ailə üzvlərinin dediyinə görə mərhum ürək-qan dövranının çatmamazlığı diaqnozu ilə olan xəstəlikdən əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakı ölüm əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin 04 fevral 2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, X2 ölümünü təsdiq edən həkim arayışı təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 06 №-li arayışdan görünür ki, mərhum X5 25 dekabr 2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 11.01.1968-ci il tarixdə anadan olmuş, 25.12.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qardaşı 11.01.1968-ci il təvəllüdlü X5 25.12.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında ölmüşdür. Ərizəçi qardaşı X2 ölümünün qeydə alınması barədə Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən həkim arayışı təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ona kommunal məsələlərin həlli ilə bağlı lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 11.01.1968-ci il təvəllüdlü X2 25.12.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11.01.1968-ci il təvəllüdlü X2 25.12.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar