Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2002/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Qarşılıqlı iddiaçı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X3 qarşı əmlakın geri qaytarılmasına dair ilkin iddia tələbinə və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə 19 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X3 qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaqif oğlunun qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaxın dostu X3 təxminən 2019-cu ildə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 000 (on beş min) manata satmışdır. Lakin sözügedən avtomobil X2 adına rəsmiləşməmiş və o avtomobili etibamamə əsasında idarə etmişdir. Turxan həmin avtomobili aldıqdan sonra bir müddət Bakı şəhərində yerləşən avtomobil icarəsi şirkətlərinin birinə icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra avtomobili yenidən Turxan özü idarə etməyə başlamışdır. Təxminən 05-06 oktyabr 2022-ci il tarixlərdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində Turxanla birlikdə olan zaman, Turxan ona demişdir ki, tanışı Əli adlı şəxslə Qaraçuxur qəsəbəsində yerləşən '‘AURA” şadlıq sarayının yanında görüşməlidir. Onlar həmin yerdə Əli adlı şəxslə görüşüb söhbət edən zaman Əli avtomobilə baxdıqdan sonra Turxana demişdir ki, avtomobili ona versin, satıb pulunu qaytaracaqdır. Turxan da avtomobili yəni “Mitsubishi Pajero" mırkalı avtomobili Əliyə verərək 15 000 (on beş min) satmasını və satışdan ona da hörmət edəcəyini bildirərək avtomobili Əliyə vermişdir. 08 oktyabr 2022-ci il tarixdə Turxan ona dedi ki, tanışı Əli avtomobili Sumqayıt şəhər sakini Cavabdeh2 Aydın oğluna 15 000 (on beş min) manata satmışdır və buna görə də həmin şəxsə etibarnamə vermək lazımdır. Bundan sonra o, Turxanla birlikdə Bakıxanov qəsəbəsində yerləşən 4 saylı "Asan Xidmət” mərkəzinə getmiş və o, orada Cavabdeh2 adına baş etibarnamə vermişdir. 09 oktyabr 2022-ci il tarixdə Turxan ona məlumat verərək bildirmişdir ki, Əli avtomobili Cavabdeh2 ona demədən 11 000 (on bir min) manata satmış və pulunu ələ keçirib ona verməmişdir. Ona görə də Turxan ondan etibamaməni ləğv etdirməyini istəmişdir. O da həmin gün Cavabdeh2 adına vermiş olduğu etibamaməni ləğv etdirmişdir. İlkin iddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət edərək, “Mitsubishi Pajero” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onlradan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, ilkin iddia tələbi ilə razı deyil və qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edir. O, ilkin iddia ərizəsini xx.xx.2023-cü ildə poçt vasitəsilə almışdır. Bildirir ki, o, mübahisəli avtomobili Əli adlı şəxsin vasitəsilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 manat məbləğində pul ödəməklə almışdır. Digər Cavabdeh1 bu məsələyə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia edir ki, Əli adlı şəxs maşının pulunu ona verməyib. Bütün bunlar yalandır. Sual olunur ki, maşının pulu ona odənilməmişdirsə, iddiaçı ona necə etibarnamə verə bilərdi? Əslində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əməlində cinayət tərkıbi var. Belə ki, o, etibarnaməni ləğv edərək ona qarşı cinayət əməli törətmişdir. O, vicdanlı alıcıdır. Pulu ödəməklə avtomobili almışdır. O, pulu almış sonradan etibarnaməni əsassız olaraq ləğv etmiş və əsassız olaraq varlanmaq niyyətində olmuşdur. Hazırda avtomaşın ondan tələb olunur. Belə olan halda həmin avtomobil üçün ödədiyi 11000 manat pul ilkin iddia üzrə iddiaçı arşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməlidir. Göstərilənlərə əsasən ikin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmidir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli maşın İddiaçı məxsusdur. Həmin maşın İddiaçı tərəfindən 2019-cu ildə etibarnamə əsasında Turxan Nəbiyevə verilib. Turxan Nəbiyev maşını satmaq qərarına gəldikdə Əli adlı şəxs ona kömək edəcəyini bildirib və Turxan bu barədə İddiaçı məlumat verdikdə maşının satılması barədə razılığa gəliblər. Daha sonra Əli adlı şəxs maşını satacağı adama etibarnamə verilməli olduğunu bildirir. Ona görə də iddiaçı Cavabdeh2 etibarnamə vermişdir. Maşın Bərdə şəhərinə aparılacağı üçün Samirə etibarnamə verilib. Onlarda olan məlumata görə maşın Cavabdeh2 15000 manata satılıb. Bundan sonra X7 barədə heç bir məlumatları yoxdur. Daha sonra Turxan və Aydın maşın əldən çıxıb vəsait ödənilmədiyindən etibarnaməni ləğv etdirirlər. Onlarda olan digər məlumata görə Samir də maşını Elgizə satıb. Maşının Elgizə verildiyini Samir özü deyib. Hazırda maşın Elgizin həyətindədir. Nəticə olaraq maşın hələ də geri qaytarılmayıb və cavabdehlərin heç biri qaytarmaq niyyətində deyillər. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, etibarnamə 08 oktyabrda verilib, bir gün sonra 09 oktyabrda isə ləğv edilib. İddiaçı Samiri heç tanımır, hazırda tələb edilən pul iddiaçı tərəfindən alınmayıb. Alqı-satqı müqaviləsi də Samir və Əli arasında bağlanılıb. Qarşılıqlı iddiaçı tələbi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Nümayəndə qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maşın Əli adlı şəxs vasitəsi ilə 11000 manat ödənilməklə alınıb. Əgər iddiaçı tərəf maşını tələb edirsə, gərək maşının pulunu da ödəsinlər. Əslində elə pul ödənildiyindən maşına dair iddiaçı tərəfindən Samirə etibarnamə verilib. Əgər pul ödənilməsəydi, onda maşına dair heç bir etibarnamə də verilməzdi. Əslində bu iş üzrə Samir vicdanlı alıcıdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, maşın Əli adlı şəxs vasitəsi ilə 11000 manat ödənilməklə alınıb, pul vəsaiti Aydına çatmasaydı, maşına dair etibarnamə verməzdi. Maşınla bağlı alqı-satqı Əli ilə olmayıb, pul verdiklərinə görə Aydın tərəfindən etibarnamə verilib. Daha sonra etibarnamə ləğv edildiyindən, hazırda maşınla bağlı hər hansı hərəkət edə bilmirlər. Maşın hazırda onlardadır, amma maşını sata bilmirlər. Nümayəndə qeyd edilənlərə əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələblərinə dair izahat verərək bildirdi ki, Əlini məktəbdən tanıyır, qonşu məhəllədə yaşamışdılar. Təsadüfi görüş zamanı o, Əliyə maşın satmaq istədiyini bildirmişdir. O, Bərdədə müştəri olduğunu bildirmişdir. Həmin vaxt maşın Bakıda idi və Əli ona maşının evakuatorla aparacağını demişdi. Daha sonra o, Samirin Sumqayıt şəhərində yaşadığını bilmişdir. Həmçinin qeyd edir ki, o, Əliyə maşını 15000 manatdan artıq qiymətə satacağı halda, həmin əlavə məbləği özünə götürməsini tapşırmışdır. Müştərinin maşını bəyəndiyini və maşını aparıb göstərəcəyini bildirmiş və bunun üçün də etibarnamə verilməsini istəmişdir. Həmçinin Əli pulu ona çatdıracağını bildirmişdir. Daha sonra Əli pulu götürdüyünü, yolda olduğunu demişdir. O, axşama kimi gözləsə də, Əli onunla əlaqə saxlayaraq üstündə silah olduğuna görə onu tutduqlarını bildirmiş və daha sonra telefonunu söndürmüşdür. Bütün bunlardan sonra o, Əlinin evinə, ata-anasının yanına getmiş, həmçinin DİN-nin 102 xidmətinə yığıb bu barədə məlumat vermişdir. Daha sonra o, Aydına etibarnaməni ləğv etməyi tapşırmışdır. Əlinin ata-anasına da axşam saat 8-ə kimi pulun çatdırılmadığı təqdirdə etibarnaməni ləğv edəcəklərini bildirmişdir. Saat 8-ə 5 dəqiqə qalmış Əli ona yazaraq etibarnaməni ləğv etməməyi istəmiş və pulu çatdıracağını bildirmişdir. Lakin bunlara baxmayaraq, o, etibarnaməni ləğv etdirmişdir. Dəfələrlə qarşı tərəfə onların da Əlidən şikayətçi olmalarını təklif etsə də, onlar bununla razılaşmamışlar. Hətta bildiyinə görə Samir tərəfindən Əliyə pul verilərkən çəkilmiş videogörüntü də var. Lakin Aydına və ya ona maşının pulu ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən), ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə ilkin iddia üzrə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş ƏN-Vİİ 502874 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə, xx.xx.2023-cü il tarixədək verilmişdir. İş materiallarına əlavə edilmiş AD 476641 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərrdan görünür ki, HK-1/2349 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermişdir. Lakin avtomobilin pulu ödənilmədiyi üçün bir gün sonra xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh2 mübahisəli maşına dair verdiyi etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 isə İddiaçı məxsus “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmaqdan imtina etmişdir. Hazırda İddiaçı Cavabdeh2 qanunsuz sahibliyində olan və ona məxsus avtomobilin geri qaytarılmasını xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh2 isə sözügedən avtomobil üçün 11000 manat ödədiyini iddia edərək, həmin pulun ilkin iddiaçı tərəfindən ona geri qaytarılması barədə qarşılıqlı tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə hesab edir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində qeyd edilən “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mövcudluğu və onun ilkin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, bu hallar tərəflərin izahatları və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə təsdiq olunur. Məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün zəruri olan digər iki şərtlə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iddiaçının avtomobilinin qaytarılıb-qaytarılmaması ilə bağlı hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda avtomobilin cavabdehə verilməsini və ona qaytarılmamasını sübut etmək ilkin iddiaçının, avtomobilin qaytarılmasını sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür. Lakin tərəflər bu halı mübahisələndirməmiş, qarşılıqlı iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sözügedən avtomobilin hazırda Cavabdeh2 olduğunu bildirmişdir. Tərəflər arasında əsas mübahisə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə pulun ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu hissədə ilkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, ilkin iddiaçı maşının pulu ona ödənilmədiyi üçün etibarnaməni ləğv etdirdiyini və bununla bağlı polisə müraciət etdiyini bildirmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 adına verdiyi etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir. Eyni zamanda İddiaçı xx.xx.2022-ci il tarixdə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunun ona ödənilməməsi ilə bağlı Sabunçu rayon RPİnin 13-cü PB-nə ərizə ilə müraciət etmişdir. Qarşılıqlı iddiaçının nümayəndəsi Əli adı şəxsin vasitəsilə və ilkin iddiaçı və üçüncü şəxsin iştirakı ilə ilkin iddiaçıya maşına görə 11000 manat pul ödənildiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən ilkin İddiaçı ödənilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mübahisəli avtomobilin qarşılıqlı iddiaçı Cavabdeh2 olduğu öz təsdiqini tapdığından ilkin iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddiaçı Cavabdeh2 Yaqif oğlunun qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq ilkin İddiaçı geri qaytarılmalı, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia tələbi Cavabdeh2 Yaqif oğluna münasibətdə təmin edildiyindən ilkin iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (otuz) manat dövlət rüsumu da qarşlıqlı iddiaçı Cavabdeh2 alınmalı və ilkin iddiaçı İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən qarşılıqlı iddiaçı Cavabdeh2 Yaqif oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı **-SG- *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq ilkin İddiaçı geri qaytarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 ilkin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 Yaqif oğlundan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq ilkin İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2002/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2002/2023
19.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver