Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2054/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü əri X9 xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında ölmüş və Abşeron rayonu, Saray qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Qəbristanlığın arayışından da görünür ki, əri X9 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində vəfat etmiş və həmin tarixdə Abşeron rayonu, Saray qəsəbə qəbristanlığında el adəti üzrə dəfn olunmuşdur. Hazırda ərinə məxsus olan mirasın vərəsəlik qaydasında qəbulu ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Həmin ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölümün qeydiyyata alınmasından imtina olunmuşdur. Qeyd edilənlərə əsasən xx.xx.1976-cı il təvəllüdlü əri X10 xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatında ərizəni müdafiə etdiyini bildirərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, bu halı təsdiq edəcək şahidlər vardır. Bu hadisə ölüm haqqında şəhadətnamənin alınması ailə başçısını itirməyə görə müavinət alınması üçün lazımdır. Onların himayəsində azyaşlı uşaqları da vardır. Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, mərhum həm onun qonşusu, həm də əmisi nəvəsidir. Səsə getmişdir. Təcili yardım çağırmışlar. Artıq rəhmətə getdiyini bilmişlər. Ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Saray qəsəbəsində dəfn olunmuşdur. Yas mərasimi olmuş və orada iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, mərhum onun qardaşıdır. Fevral ayının 12-sində rəhmətə getmişdir. Təzyiq və şəkər xəstəliyi olmuşdur. Təzyiq xəstəliyi 38 yaşından onda var idi. Şəkər xəstəliyi isə təxminən 3 il olardı ki, olmuşdur. Ailəsi ilə birlikdə Sumqayıt şəhəri, birləşmiş məhəllədə yaşamışdır. Ailədə altı uşaqdırlar. Digər bir bacısı da rəhmətə getmişdir. Saray qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan: Nikahın bağlanması haqqında İİ-AZ seriyalı, 004067 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X6 arasında Sumqayıt şəhərində iki noyabr 2001-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin noyabr ayının 02 günündə 868 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şahbazov, arvada isə Şahbazova soyadı verilmişdir. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin X18 Stansiyasının 12 fevral 2023-cü il tarixli, 379 nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, Sumqayıt Tibb Mərkəzi PHŞ X18 Stansiyasının müdiriyyəti bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:57-də ünvan 1 ünvanında yaşayan 1976-cı il təvəllüdlü X9 adına 40 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1976-cı il təvəllüdlü X3 meyidini aşkar etmişdir. Mərhumənin bacısının deməsinə görə həkimin təyinatı ilə müalicəyə başlamış, antibiotik seftraksion inyeksiyası etdikdən sonra xəstənin vəziyyəti pisləşib keçinmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmişdir. Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli arayışından görünür ki, vətəndaş Ərizəçi həyat yoldaşı mərhum X9 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş və Abşeron rayonu, Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 541-NK/23 nömrəli məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə qardaşı X3 vəfat etməsi ilə əlaqədar şikayətin olmamasını nəzərə alaraq, araşdırma aparılmadan “103” xidmətinin məlumatı 4-cü PB-nin dəftərxanasında işə tikilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-Ş/15-785/2023 nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aklarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsaəsn ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 287 nömrəli, xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, məhəllə 7-8-12, ev 11a, mənzil 43 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdü mərhum Şahbazov Bəkir Səsər oğlu Sumqayıt şəhəri, 2 nömrəli ASMdə dispanser qeydiyyatda olmamışdır. Ambulator kartası yoxdur. Ölüm səbəbi onlara məlum olmadığı üçün ölüm haqqında Tibbi Şəhadətnamə onlar tərəfindən verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi həyat yoldaşı xx.xx.1976-cı il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Ərizəçi X4 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ona sosial məsələlərin həlli ilə bağlı lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2054/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2054/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver