Məhkəmə qərarları › İş №2(060)-2062/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2062/2025

13.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2062/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi X13 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X13 Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları var: X3-xx.xx.2019-cu il, X7-xx.xx.2021-ci il. Qeyd edir ki, məhkəmədən öncə mediasiyaya müraciət etmiş və aralarında xx.xx.2023-cu il tarixdə mediator X9 iştirakı ilə Maraqlı şəxs ilə MŞS/MT030/2023-01357 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər arasında olan rəsmi nikahın pozulmasına məhkəmə qaydasında baxılması, həmçinin birgə nikahdan olan uşaqların ananın yanında qalması, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq ödənilməsi, uşaqların ata ilə görüməsinə heç bir məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmamaq barədə tərəflər öhdəlik götürülmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Ona görə də, ərizəçi məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01357 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra ərizəçi X13 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, “iddia ərizəsi”nin “ərizə” kimi qeyd edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında ərizəçi X13 izahat verərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

7. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan X13 ilə Maraqlı şəxs arasında mediator X9 iştirakı ilə xx.xx.2023cü il tarixdə bağlanılmış MŞS/MT030/2023/01357 saylı barışıq sazişinə əsasən mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7. Uşaqların saxlanması üçün Maraqlı şəxs tərəfindən (uşağın atası) hər ayin sonundan gec olmayaraq, bir uşaq ücün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti X8 (uşağın anası) hər ayın sonunda gec olmayaraq ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7. X1 (uşağın anası) himayəsində qalmasına razılaşdılar. Mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında bağlanmış rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ- İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7. Uşaqlarla sərbəst şəkildə həftənin şənbə-günü saat 12.00-dan 18.00-dək atası Maraqlı şəxs himayəsində olmasına anası- X13 razılaşaraq öhdəlik götürdü. Hər iki tərəf Maraqlı şəxs və X13 bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X13 ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023/01357 saylı barışıq sazişi bağlanılmışdır, Maraqlı şəxs ilə X13 arasında birgə rəsmi nikah vaxtı anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7. Uşaqların əsaxlanması üçün Maraqlı şəxs tərəfindən hər ayın sonundan gec olmayaraq, bir uşaq ücün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti X8 hər ayın sonunda gec olmayaraq ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü, mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında birgə rəsmi nikah vaxtı anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7- X1 himayəsində qalmasına razılaşdılar, Mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında bağlanmış rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7- uşaqlarla sərbəst şəkildə həftənin şənbə-günü saat 12:00-dan 18:00-dək atası Maraqlı şəxs himayəsində olmasına anası- X13 razılaşaraq öhdəlik götürdü, hər iki tərəf Maraqlı şəxs və X13 bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasına razılaşırlar.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

12. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

13. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

14. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

15. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

16. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

19. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi X13 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023/01357 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, barışıq sazişi qismən təsdiq edilməlidir.

Nəticə hissəsi:

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311ci, 355-23, 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X13 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023/01357 saylı barışıq sazişi aşağıdakı şərtlə qismən təsdiq edilsin.

1. Mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7. Uşaqların saxlanması üçün Maraqlı şəxs tərəfindən (uşağın atası) hər ayın sonundan gec olmayaraq, bir uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti X8 (uşağın anası) hər ayın sonunda gec olmayaraq ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.

2. Mediasiya prosesində Maraqlı şəxs ilə X13 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X5, X7. X1 (uşağın anası) himayəsində qalmasına razılaşdılar. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar