Məhkəmə qərarları › İş №2(060)-2065/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2065/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2065/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1909-cu il təvəllüdlü atası X1 xx.xx.1988-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, atası X2 qocalması əsası ilə ölmüşdür. Atasının ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Bununla bağlı hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, ərizəçi atası X1 müəyyən vaxtda ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Həmin faktın qeydə alınması zərurəti vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki, həmin orqan tərəfindən X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmaması səbəbindən imtina edilmiş və ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı tibb müəssisəsinə müraciətini təsdiq edən sənədi, həmin şəhadətnamənin hansı səbəblərdən alınmamasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunmuş mövqedən çıxış edərək, qeyd edir ki, hazırki işdə həmin sənədin məhkəməyə təqdim edilməsini zəruri edən hal ondan ibarətdir ki, tibb müəssisəsinə müraciət olunub tibbi şəhadətnamə alındığı təqdirdə artıq şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi zərurəti aradan qalxmış olur. Çünki ölüm haqqında tibbi şəhadətnamənin mövcudluğu “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsas olmaqla ölümün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adıçəkilən qərarının 9.2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində şəxsin müəyyən vaxtda ölməsi faktının müəyyən edilməsinin ona hansı məqsəd üçün lazım olması zərurətini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.12, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılaraq ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan hallar qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar