Məhkəmə qərarları › İş №2(060)-2104/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2104/2025

22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2104/2025 22.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X21 cəlb etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh1 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Orta Əlinəzərli kəndində yaşayır. Cavabdeh1 Elbrus oğlunu nəvəsi X4 işi ilə bağlı tanımışdır. Cavabdeh İmamverdi X15 RPİ-nin İŞ-nin müstəntiqi vəzifəsində işləyərkən əsassız olaraq 01 noyabr 2022-ci il tarixdə nəvəsi X9 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndiriən şəxs qismində cəlb etmiş, 01 noyabr 2022-ci il tarixdə ona ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, 01 noyabr onun tərəfindən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmış, 14 dekabr 2022-ci il tarixdə nəvəsi X2 olaraq istintaqa gəldiyi qeyd edilərək, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cavabdeh1 tərəfindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat elə həmin tarixdə təzələrək istintaq davam etdirilmiş, 14 dekabr 2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cavabdeh1 tərəfindən nəvəsi X10 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin, iddiaçının nəvəsi barəsində qeyd olunan istintaq hərəkətlərinin aparılması üçün heç bir əsas olmamışdır. Belə ki, nəvəsi X4 barəsində Cavabdeh1 Elbrus oğlu tərəfindən əsassız olaraq cinayət işi başlanaraq, onun əməli CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İddiaçının X32 Cavabdeh1 tərəfindən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun cinayət məsuliyyətinə cəlb edilməsinin əsası kimi isə Cavabdeh2 həqiqətən cinayəti törətmiş şəxs X17 barəsində etdiyi şikayət ərizəsi olmuşdur. Cavabdeh2 ona qarşı dələduzluq əməli törətmiş şəxs X21 iddiaçının nəvəsi X4 vasitəsilə tanıdığından, ifadəsində göstərmişdir ki, X30 övladı Əmirin Beyləqan rayon sakini Sadiq adlı şəxsin tələbə yoldaşı olmuş, Mirzə də Sadiqin qohumudur. Əmir ilə Sadiq söhbət zamanı Sadiq qohumu Mirzənin Sadiqi “Socar” şirkətinə işə düzəldəcəyini bildirmiş, Əmir də Sadiqdən Əmiri də işə düzəltməyini xahiş etmişdir. Sadiq bu barədə qohumu Mirzəyə demiş və Mirzə də razı olmuşdur. Sonra Sadiqin vasitəsilə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yaşadıqları evdə Mirzə ilə üzbəüz görüşmüş, Mirzə övladı Əmiri 15000 manat pul müqabilində “Socar” şirkətində 1700 manat maaşla mühəndis işinə düzəldə biləcəyini yalandan vəd etmişdir. Elə ordaca o, 15000 manat pulu övladını işə düzəltməsi üçün Mirzəyə vermişdir. Mirzə onlara Əmiri “Socar” şirkətində mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin, bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını onlara demişdir. Onlar lazımi sənədləri toplayıb Mirzəyə vermişlər. Həmin vaxtdan sonra Mirzə hər dəfə müxtəlif bəhanələr ilə onları aldatmışdır. Sonra Mirzə onların telefon zənglərinə cavab verməmişdir. Sonradan ona hətta övladı Sadiqi işə düzəltmək adı ilə Mirzənin qohumu Elyanə adlı qadına qarşıda dələduzluq etməsi məlum olmuşdur. Bu səbəblə də o, Abşeron RPİ-nə şikayət etmişdir. Mirzə ona ümumilikdə 15000 manat maddi ziyan vurmuşdur. Lakin, buna baxmayaraq, cavabdeh-müstəntiq Cavabdeh1 Elbrus oğlu tərəfindən iddiaçının X32 guya Cavabdeh2 qarşı CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Ona görə ailə çox sarsıntı keçirdi. X32, gəlini Elyanə Hüseynovanın səhhətində qəfil narahatçılıqlar yarandı, hətta onlar əməliyyat olundular. İddiaçı müstəntiq Cavabdeh1 nəvəsinə qarşı etdiyi hədələrdən qorxuya düşərək, onun tələb etdiklərini etməyə məcbur olmuşdur. 11 dekabr 2022-ci ildə iddiaçı guya zərərçəkmiş şəxs Cavabdeh2 dəymiş ziyan kimi Cavabdeh1 tələbi ilə ona 15000 manat, daha sonra əlavə olaraq 200 manat pul və 2 baş xırda buynuzlu heyvan vermişdir. Cavabdeh1 həmin pulları iddiaçıdan alaraq özü üçün mənimsəmişdir. Heyvanların qiyməti də hesablanmaqla birlikdə Cavabdeh1 öz qanunsuz əməlləri nəticəsində iddiaçıya ümumilikdə 16000 manat maddi ziyan vurmuşdur. İddiaçı həmin pulları borc olaraq, ailə üzvlərinin adına kredit götürərək, Cavabdeh1 vermişdir. Lakin, o, heç bir qanuni əsas olmadan iddiaçının pullarını mənimsəmişdir. Daha sonra cinayət işi aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilmiş və Bərdə Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Sənan Bayramzadənin icraatına verilmişdir. Nəhayət, Bərdə Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Sənan Bayramzadənin cinayət işinin materiallarını ətraflı araşdırması nəticəsində nəvəsi X4 əməlində cinayət tərkibi olmadığı, zərərçəkmiş şəxs Cavabdeh2 qarşı dələduzluq hərəkətlərini X17 təkbaşına törətdiyi, X16 ilə qabaqcadan əlbir olmadığı və Sadiq X1 cinayət əməlindən xəbərsiz olduğu müəyyən edilmişdir. Ona görə də cinayət işi üzrə nəvəsi X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində olan Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət təqibinə və ona elan edilmiş ittihama xitam verilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs X22 Azərbaycan Respublikası" CM-in 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli hökmü ilə X30 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 3 il 1 ay 16 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yuxarıda qeyd etdiklərindən görünür ki, Cavabdeh1 Elbrus oğlu heç bir qanuni əsas olmadan iddiaçını aldadaraq, X32 həbs edəcəyi bəhanəsi ilə iddiaçının əmlakını ələ keçirərək, əsassız varlanmışdır. Halbuki, qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh2 maddi ziyanı Mirzə Əliyev vurmuş və bu istintaq materialları ilə tam təsdiq edilmişdir. Cavabdeh1 isə həmin pulu alaraq mənimsəmişdir. İddiaçı bu gün cavabdehdən pulunu və ona verdiyi xırdabuynuzlu heyvanlara çəkdiyi xərci tələb etsə də, o, qaytarmaq imtina edir. Göstərilənlərə əsasən Cavabdeh1 Elbrus oğlundan 15200 manat, hər birinin dəyəri 400 manat olan iki baş xırda buynuzlu heyvanın özü və ya dəyərinin, ümumilikdə 16000 manat pulun və 138 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 Elbrus oğlu ilə yanaşı Cavabdeh2 15200 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh2 15000 manat pulun, Cavabdeh1 200 manat pulun və hər birinin dəyəri 400 manat olan iki baş xırda buynuzlu heyvanın, cavabdehlərdən müştərək qaydada 138 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbi əsaslı olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, övladı ilə Sadiq universitet zamanı dost olmuşlar. Oğlu gəlib bildirmişdir ki, Sadiqin dayısı onları mühəndis olaraq işə düzəldəcək. Sadiqin atası Sənan, Mirzə və Sadiq evlərinə gələrək razı salmışlar. 15000 manatı Sənanla Sadiqə vermişdir. Daha sonra polisə şikayət edilmiş, müstəntiq Cavabdeh1 tərəfindən 15000 manatı geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək bildirmişdir ki, Ayna xanımın onda işi olmamışdır. Ayna xanımın nəvəsinin onda təqsirləndirilən şəxs qismində işi olmuşdur. Ayna xanım nəvəsinə vəkil tutmuşdur, nəvəsi axtarışda olan vaxt onun otağına gəlmişdir. O, Ayna xanıma maddi ziyanın ödənilməli olduğunu bildirmişdir. Tərəfindən 15500 manat maddi ziyan zərərçəkmişə verilmişdir. Bu hal İdarədə protokollaşdırılmışdır. Qarşı tərəf zərərçəkmişə zəng edib demişdir ki, məhkəmə iclasında onun əleyhinə ifadə versinlər, 15500 manatın ona verildiyi iddia edilsə də, o, həmin pulu vəkilin iştirakı ilə zərərçəkmişə ödəmişdir. Onun həmin ödənişi qəbul etməmək hüququ yox idi. Cinayət işi materiallarında həmin protokollar mövcuddur. Pul tam şəkildə Mübarizə ödənilmişdir. İş aidiyyətlə Bərdəyə getmiş, Aynanın əvvəllər məhkum olmuş qohumu işi üzərinə götürüb, zərəri öz adından ödəmişdir. Bu işdə Aynagilə Bərdədə müstəntiq işləyən qohumu köməklik etmişdir. Cinayət işi və tərtib etdiyi protokol Bərdəyə göndərilmiş və iş orada xitam edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X30 qeyd olunan iş üzrə yazılı izahatının alınması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, X30 tərəfindən yazılı izahat məhkəməyə daxil olmamışdır.

11. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, iddiaçının gəlininidir. Cavabdeh1 bildirmişdir ki, 15000 manat verilməzsə uşaq tutulacaqdır. Birinci dəfə yanına gedərkən 200 manat verilmiş, bundan əlavə də 15000 manat məbləğində pul verilmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 öz ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır, belə ki, sürücüdür. 15000 manat, 200 manat və eyni zamanda 2 heyvan aparmışlar. 2 heyvanın biri Polis İdarəsinə aparılıb, biri isə arıçılıq adlanan yerə aparılmışdır. 15000 manat məbləğində pul maşında olarkən tərəfindən şəxsən sayılmışdır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, iddiaçı onun anasıdır. Cavabdeh X19 tanıyır, belə ki, oğulları dostdurlar. Mirzə onları aldadaraq pul mənimsəmişdir. Digər Cavabdeh1 Elbrus oğlu isə müstəntiq olaraq onlara bildirmişdir ki, Mirzəni tapmaq mümkün deyil. Ona görə də pul gətirilib zərərçəkmişə verilməlidir. 15000 manat, 200 manat və eyni zamanda 2 heyvan verilmişdir.

15. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 01 noyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cavabdeh1 tərəfindən X16 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş 14 dekabr 2022-ci il tarixdə X10 Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, elə həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 01 yanvar 2023-cü il tarixdə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələrinə tövsif edilmiş, Bərdə RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən qəbul edilmiş “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsivə cinayət əməlinin tövsif edilməsi haqqında” qərara əsasən cinayət işi üzrə X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində olan cinayət təqibinə və ona elan edilmiş ittihama Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir.

16. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-87/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, AR CM-nin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs X17 xx.xx.2023-dən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 ay 14 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 3 il 01 ay 16 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X30 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli X17 həbs edilmək üçün tutulduğu andan yəni, 13 sentyabr 2024-cü il tarixdən hesablanması, iş üzrə maddi sübut olan 1 ədəd CD disk və 16 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılması, iş üzrə zərərçəkmiş şəxslərdən X6 14000 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın 3000 manat hissəsinin, Cavabdeh2 isə dəymiş 15000 manat maddi ziyanın tamamilə ödənilməsi, digər zərərçəkmiş şəxslərdən X13 15000 manat, X11 9000 manat, X24 3000 manat, X25 6200 manat, X12 5065 manat, X7 10000 manat, X31 6520 manat, X26 4300 manat, X27 2500 manat, X28 2321 manat, X8 7243 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın hazırkı vaxtadək ödənilməməsi nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı X3 mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs-mülki cavabdeh X14 7243 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X3 xeyrinə verilməsi, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülkimühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir.

17. Həmin hökmdən görünür ki, məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Cavabdeh2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, X21 övladı Əmirin vasitəsilə tanımışdır. Belə ki, övladı X49 sakini Sadiq adlı şəxsin tələbə yoldaşı olmuş, Mirzə də Sadiqin qohumudur. Əmir ilə Sadiq söhbət zamanı Sadiq qohumu Mirzənin Sadiqi “Socar” şirkətinə işə düzəldəcəyini bildirmiş, X42 də işə düzəltməyini xahiş etmişdir. Sadiq bu barədə qohumu Mirzəyə demiş və Mirzədə razı olmuşdur. Sonra Sadiqin vasitəsilə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yaşadıqları evdə Mirzə ilə üzbəüz görüşmüş, Mirzə övladı Əmiri 15000 manat pul müqabilində “Socar” şirkətində 1700 manat maaşla mühəndis işinə düzəldə biləcəyini yalandan vəd etmişdir. Elə oradaca o, 15000 manat pulu övladını işə düzəltməsi üçün Mirzəyə vermişdir. Bundan sonra Mirzə telefonla kiməsə zəng edərək danışmışdır. Sonra Mirzə onlara Əmiri “Socar" şirkətində mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin, bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını onlara demişdir. Onlar lazımi sənədləri toplayıb Mirzəyə vermişlər. Həmin vaxtdan sonra Mirzə hər dəfə müxtəlif bəhanələr ilə onları aldatmışdır. Sonra Mirzə onların telefon, zənglərinə cavab verməmişdir. Sonradan ona hətta övladı Sadiqi işə düzəltmək adı ilə Mirzənin qohumu Elyanə adlı qadına qarşıda dələduzluq etməsi məlum olmuşdur. Bu səbəblə də o, Abşeron RPl-nə şikayət etmişdir. Mirzə ona ümumilikdə 15000 manat maddi ziyan vurmuşdur.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

22. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

23. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

25. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz.

26. Məhkəmə araşdırması zamanı, habelə tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 nənəsi İddiaçı tərəfindən dəymiş maddi ziyanın ödənilməsi məqsədilə Cavabdeh1 iştirakı ilə Cavabdeh2 15000 manat məbləğində pul verilmişdir.

27. Eyni zamanda, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində olan cinayət təqibinə və ona elan edilmiş ittihama Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilməsi faktı cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə öz təsdiqini tapmışdır.

28. Bundan əlavə, X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, zərərçəkmiş şəxs Cavabdeh2 15000 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın hazırki vaxtadək ödənilməməsi qanuni qüvvəsini almış məhkəmə hökmündə öz təsdiqini tapmışdır.

29. Hazırda İddiaçı nəvəsi X4 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində olan cinayət təqibinə və ona elan edilmiş ittihama Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilməsini əsas götürməklə, zərərçəkmiş şəxs Cavabdeh2 ödədiyi 15000 manat pulu tələb etməkdə haqlıdır. Hansı ki qanuni qüvvəsini almış məhkəmə hökmündə X30 tərəfindən Cavabdeh2 15000 manat maddi ziyan dəyməsi öz əksini tapmışdır.

30. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 15000 (on beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

31. Məhkəmə iddia tələbinin “Cavabdeh1 200 manat pulun və hər birinin dəyəri 400 manat olan iki baş xırda buynuzlu heyvanın alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

32. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

33. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

34. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

35. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

36. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

37. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

38. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

39. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

40. Həmçinin, məhkəmə şahidlərin ifadələrini nəzərdən keçirib hesab edir ki, şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz, çünki iş üzrə müəyyən olunmuş faktiki hallarla öz təsdiqini tapmamışdır.

41. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 138 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

43. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 15000 (on beş min) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 15000 (on beş min) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar