Məhkəmə qərarları › İş №2(060)-2105/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2105/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2105/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum 1916-cı il təvəllüdlü X5 ərizəçinin anasıdır. O, Gədəbəy rayonunun X2 kəndində anadan olub. O, 24 avqust 1994-cü ildə Sumqayıt şəhərində 51-ci məhəllə fərdi yaşayış evində vəfat etmişdir. Bundan sonra o, Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. Atası Əliyev Xanış Muxtar oğlu xx.xx.2004-cü ildə dünyasını dəyişmiş və Gədəbəy rayon qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.2025-ci iyul tarixli 1 saylı xəstəxananın məktubu ilə müəyyən olunur ki, anası X5 1994-cü il ayında Terapiya şöbəsinə qəbul olunmuşdur. Lakin anası ağır xəstə olarkən tibbi yardım həkimi evə gəlsə də, anasının ölümü həkim getdikdən sonra baş vermişdir. Hal-hazırda həkim arayışı olmadığı üçün mərhum anasına ölüm haqqında şəhadətnamə ala bilmirlər. Belə olduqda isə maraqlı şəxs olan Maraqlı şəxs mərhuma anasına ölüm haqqında şəhadətnamə verməkdən imtina etdi. Bu faktın təsdiqi mərhum anası X4 ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Hal-hazırda vərəsəliklə əlaqədar zəruriyyət yaranıb ki, anasının ölümünü təsdiq edən şəhadətnamə alına bilsin. Göstərilənlərə əsasən 1916-cı il təvəllüdlü anası X3 24 avqust 1994-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, X3 doğum tarixinin xx.xx.1922-ci il, ölüm tarixinin isə xx.xx.1994-cü il kimi oxunması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. X1 1994-cü ilin avqust ayının 20-sində vəfat etmişdir. Belə ki, anası xəstə olduğundan vəfat etmişdir. Avtoqəza olmuş, daha sonra anası xəstə olaraq 45 gün yaşamışdır.

9. İş materiallarında olan Əlismayıl kənd sovet icra nümayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş AЗ № 224665 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20 avqust 1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası Əliyev Xanış Muxtar oğlu, anası isə X6r.

10. İş materiallarında olan Əlismayıl kənd İƏB-yi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ № 087144 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Xanış Muxtar oğlu xx.xx.2004-cü il tarixdə miou degenerasiyası xəstəliyindən ölmüşdür.

11. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, X5 xx.xx.1994-cü tarixdə vəfat etmiş və Sumqayıt şəhər Qəbiristanlığında dəf olunmuşdur.

12. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Sumqayıt Tibb Mərkəzi” X13 1 Nömrəli Xəstəxana tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11 saylı məktubdan görünür ki, 02 saylı, xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, X5 1994-cü il iyul ayında Terapiya şöbəsinə qəbul olmuşdur. Xəstəlik tarixinin nömrəsi-2682.

13. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-Ə-3xx/xx/2025 saylı məktubdan görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli anası X3 ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.

14. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1994-cü ilin avqust ayının 19-da vətəndaş X5 adına Sumqayıt Təcili Təxirəsalınmaz X8 çağırış daxil olub-olmaması barədə məlumat yoxdur. Sumqayıt Təcili Təxirəsalınmaz X10 üzrə 1994-cü ilə aid sənədlərin saxlama müddəti bitdiyi üçün Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Sumqayıt filialının razılığı ilə məhv edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmədə Ərizəçi nümayəndəsinim izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X5 20 avqust 1994-cü il tarixində Sumqayıt şəhərində vəfat etmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki tələb ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

19. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməsini başqa ala bilməmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

21. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

22. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

23. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X3 20 avqust 1994-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası X3 20 avqust 1994-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar