Məhkəmə qərarları › İş №2(060)-2138/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2138/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2138/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 08.11.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşmə verərək, X4 08.11.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum X6 onun yoldaşı olmuşdur. Yoldaşı 08.11.2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. 08.11.2020-ci il tarixdə vəziyyəti pisləşmiş, həmin zaman X10 Xidmətinə müraciət edilib. 08.11.2020-ci il tarixdə evdə vəfat etmişdir. Yoldaşının nəşini el adət-ənənəsinə uyğun olaraq Bakı şəhər 1-ci Zabrat qəbristanlığında dəfn etmişlər. Lakin adına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, X4 08.11.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi qonşusudur. Ərizəçinin yoldaşı Gəncə şəhərində evdə rəhmətə gedib. O, bir qonşu kimi dəfn mərasimində yaxından iştirak etmişdir. Ərizəçinin yoldaşını Zabrat qəbristanlığında dəfn olunub. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi Bacısının yoldaşı ürəyindən əməliyyat olunmuşdur. Qabil bacısının yanında rəhmətə getmişdir. Bacısının əri Bakıda Zabrat qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi, şahidlər X7 və X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X3 Stansiyasının 09.11.2020-ci il tarixli, 1849 saylı məlumatından görünür ki, 08.11.2020-ci il tarixdə saat 21:04 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsi, 27-ci küçə, X6 adına çağırış olub. Çağırış yerinə gələn həkim xəstəyə “ü.i.x Aterosklezotik kardiosklerok qəflətən karanor ölüm” diaqnozu qoymuşdur. İş materiallarında olan xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, X6 İ qrup əlildir. İş materiallarında olan Vİ-JQ № 251954 saylı, 13.03.1992-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X6 ilə Ərizəçi arasında olan nikah Sumqayıt şəhər nikah evində 13.03.1992-ci il tarixdə bağlanmış və 371 nömrə qeyd olunmuşdur. İş materiallarında olan Əhaliyə vətəndaşlıq xidməti Trestinin 11.01.2021-ci il tarixli bildirişindən görünür ki, X6 09 noyabr 2020-ci il tarixdə müsəlman qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər X2 Validə Həsən qızına ünvanladığı 05.01.2021-ci il tarixli məktubundan görünür ki, X4 ölümünü təsdiq edən sənədlər olmadığından, ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsinin 12.01.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21b, mənzil 29-da qeydiyyatsız yaşayır. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidin izahatı və işin materialları ilə həqiqətən X4 08.11.2020-ci ildə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 20.06.1968-ci il təvəllüdlü X4 08 noyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20.06.1968-ci il təvəllüdlü X4 08 noyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar