Məhkəmə qərarları › İş №2(060)-2169/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2169/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2169/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında ölmüş və həmin tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. Atasının yaşayış yeri üzrə Mənzil Kommunal Sahəsi tərəfindən onun ölüm haqqında şəhadətnaməsinin surəti tələb olunmuşdur. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, o, ərizəçinin xalası, mərhumun isə baldızıdır. Mərhumun vəfat etməsi barədə ona axşam xəbər verilmişdir. Mərhum Sumqayıt şəhərində dənizkənarı parkda dincələn zaman qəfil ölmüş, onu şəhər ölüxanasına aparmışlar, sonra isə meyidini yaşadığı ünvana gətirmişlər. Mərhumun 3, 7, 40 və il mərasimlərində iştirak etmişdir. Mərhum Corat qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, o, ərizəçinin bacısı, mərhumun isə övladıdır. Atası qəfil ölmüşdür. Atası ürək xəstəsi olmuş, ürəyindən əməliyyat olunmuşdur. Atası Corat qəbirstanlığında dəfn olunmuşdur. Atasının ölümü ilə bağlı bütün mərasimlərdə iştirak etmişdir. Atası Sumqayıt şəhərində dənizkənarı parkda dincələn zaman qəfil ölmüş, onu şəhər ölüxanasına aparmışlar, sonra isə meyidini yaşadığı ünvana gətirmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər səhiyyə şöbəsi təcili və təxirə salınmaz tibbi yardım stansiyasının verdiyi xx.xx.2019-cu il tarixli, 1368 №-li arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 0330da ünvan 1 ünvanında yaşayan 1937-ci il təvəllüdlü X3 adına “Halı psidir” səbəbi ilə 140 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1937-ci il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə mərhum “Miokard infarktı” keçirmiş, müalicələr almış, AKŞ əməliyyatı keçirmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Ölüm barədə Sumqayıt şəhər 2 nömrəli poliklinikaya Yunusovaya məlumat verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 124 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ölüm haqqında məlumatın ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 3 gündən gec olmayaraq verilməli olduğu bildirilmiş və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt şəhər Corat Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X3 xx.xx.2019-cu ildə vəfat etmiş və tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası xx.xx.1937-ci il təvəllüdlü X3 xx.xx.2019-cu ildə Sumqayıt şəhərində dənizkənarı parkında vəfat etmiş və Corat qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə qismən təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2019-cu ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizə X1 ünvan 1 ünvanında ölməsi hissəsində təmin edilməməlidir. Belə ki, bu faktı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamış, əksinə şahid ifadələrindən mərhumun Sumqayıt şəhərinin dənizkənarı parkında vəfat etməsi, oradan şəhər ölüxanasına aparılması, sonra isə meyidin yaşayış ünvanına gətirilməsi müəyyən edilmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2019-cu ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar