Məhkəmə qərarları › İş №2(060)-2186/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2186/2023

13.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2186/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs: Cavabdeh) ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanmış 02 fevral 2023-cü il tarixdə MŞS/MT030/2023/00117 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Cavabdeh ilə 2013-cü ildə nikahdan kənar ailə qurmuşdur. Onların 23 may 2014-cü il təvəllüdlü X4 və 23 may 2014-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 23 may 2014-cü il təvəllüdlü X2 və 23 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Ərizəçi alimentin miqdarının artrırılması ilə bağlı mediasiya şurasına müraciət etmiş, mediasiya sessiyasında maraqlı tərəf iştirak etmiş və aralarında 02 fevral 2023-cü il tarixdə MŞS/MT030/2023/00117 nömrəli barışıq sazişi bağlanaraq rəsmiləşdirilmişdir. Cavabdeh sazişə əməl etməkdən imtina edir, aralarındakı razılığa əsasən müəyyən edilmiş aliment məbləğini ödəmir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək bildirdi ki, cavabdehlə 2013-cü ildə nikahdan kənar münasibətlərinə daxil olmuşlar və X4 və X3 adlı 2 övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2018ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra aliment məbləğinin artırılması ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında 02 fevral 2023-cü il tarixli, MŞS/MT030/2023/00117 nömrəli barışıq sazişi bağlanılmışdır. Hazırda maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdıqları aliment məbləğini ödəmir. Maraqlı şəxs yanvar ayında aliment ödəməmiş, məhkəməyə müraciət etdiyi gündən sonrakı gün isə aliment ödəmişdir. Maraqlı şəxsin imkanı yaxşıdır, odur ki, 02 fevral 2023-cü il tarixli, MŞS/MT030/2023/00117 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni qəbul etməyərək bildirdi ki, 2 ildir ki, ərizəçiyə 200 manat əvəzi 300 manat , hətta daha artıq məbləğdə aliment ödəyir. Qeyd edilənlərə əsasən ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8902/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü övladları X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, İddiaçı mediasiya üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatına meraciət etmiş, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü övladları X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti hər ay sonundan gec olmamaqla İddiaçı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxsin Məryəm adlı uşağının saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat miqdarında alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Cavabdeh tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, xx.xx.2014-cü il təvəllüdlü övladları X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçiyə ödənilməsinə dair barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 fevral 2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/00117 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar