Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2201/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm oğlunın sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1nın iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 “Yelo Bank" ASC-nin xeyrinə 2018-cü il 15 may tarixli kredit müqaviləsi üzrə 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu olmaqla cəmi 19334.65 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən, 2 otaqlı, 39.9 kv.m ümumi, 27.5 kv. m yaşayış sahədən ibarət 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 may 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt" filialından illik 20%-lə 60 ay müddətinə 24.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən, 2 otaqlı, 39.9 kv.m ümumi 27.5 kv.m yaşayış sahədən ibarət 3/40 nömrəli evin 26 nömrəli mənzili 2018ci il 15 may tarixli sonrakı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 15 may tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi saylır və müqavilənin 2.5-ci bəndinə əsasən bank 72 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ii yanvarın 12-dək Cavabdeh1 2018-ci il 15 may tarixli kredit müqaviləsi üzrə banka 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu olmaqla ümumilikdə 19334.65 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Bankdan kredit götürmüş, bir müddət ödənişləri vaxtında ödəmişdir. Lakin, sonra ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar maddi vəziyyəti pisləşdiyindən, işləmədiyindən ödənişləri ödəyə bilməmişdir. Karantin rejimi tətbiq edildiyi dövrə də bank tərəfindən faizlər hesablanıb. Bunu əsassız hesab edir və məhkəmədən faiz və cərimənin silinməsini xahiş edir. Əsas borcu ödəməkdən boyun qaçırmır. Bank tərəfindən şərait yaradılarsa öhdəliklərini hissə-hissə icra etməyə hazırdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 15 may 2018-ci il tarixli, 4-G-1- 2-0-236-18 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 24000 AZN məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 12.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın banka olan əsas borcu 17752,63 manat əsas, 1353,04 manat faiz, 228,98 manat cərimə, cəmi borc 19334,65 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 15 may 2018-ci il tarixli, 4-G-1- 2-0-236-18 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən, 15 may 2018-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 40.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanına dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 76 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində, 22.05.2018-ci il tarixdə qeydə alınmışdır. 04.11.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 14-cü məhəll, ev 3/40, 26 saylı mənzilin bazar dəyəri 45.000 manat, likvid dəyəri 38.000 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 may 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə 2018-cü il 15 may tarixli kredit müqaviləsi üzrə 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu, cəmi 19334.65 manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 60 manat tutulmalı, tələb Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 38.000 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılmalı və mənzil boşaldılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq “Yelo Bank" ASC-nə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi və mənzilin Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə eləcə də «digər şəxslərin istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılması»na dair tələbi əsassız hesab edir. Belə ki, həmin şəxslərin dairəsi məhkəmə üçün müəyyən olmadığından həmin hissədə iddia təmin edilə bilməz. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 150 manat Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 may 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə 2018-cü il 15 may tarixli kredit müqaviləsi üzrə 17752.63 manat əsas, 1353.04 manat faiz, 228.98 manat cərimə borcu, cəmi 19334.65 (on doqquz min üç yüz otuz dörd manat altmış beş qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 60 (altmış) manat tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 3/40 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 38.000 (otuz səkkiz min) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılsın və mənzil boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq iddiaçı “Yelo Bank" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 150 (bir yüz əlli) manat Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2201/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2201/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver