Məhkəmə qərarları › İş №2(060)-2205/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2205/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2205/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X2rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08.05.1981-ci il təvəllüdlü oğlu X6 yaşadıqları Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində 13 fevral 2022-ci ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun 08.05.1981 -ci il təvəllüdlü oğlu X10 faktiki yaşadıqları Sumqayıt şəhər, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində 13 fevral 2022-ci ildə dünyasını dəyişmişdir. Həmin gün TTYS-a müraciət olunmuş və oğlunun evdə ölümü ilə bağlı qeyd aparılmışdır. Oğlu ölməmişdən qabaq «aşağı ətrafların tromboflebiti» xəstəliyindən əziyyət çəkirdi. Oğlu həmin gün, yəni 13.02.2022-ci ildə Sumqayıt şəhər Təzə Qəbirstanlığında dəfn edilmişdir. O, TTYS-nın verdiyi arayış əsasında Sumqayıt «Asan Xidmət» X4 müraciət edərək oğluna görə ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin ona 16.02.2022-ci il tarixli cavab məktubunda izah olunmuşdur ki, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ölüm haqqında şəhadətnamənin verilməsi mümkündür. Bu səbəbdən də ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Onun oğlunun 13.02.2022-ci ildə yaşadıqları Sumqayıt şəhər Yaşıl Dərə massivində yerləşən fərdi evdə ölməsini və Sumqayıt şəhər Təzə Qəbirstanlıqda dəfn olunmasını təsdiq edən şahidləri və sübutları vardır. Göstərilənləri nəzərə alaraq, 08.05.1981-ci il təvəllüdlü oğlu X6 yaşadıqları Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində 13 fevral 2022-ci ildə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X1 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri kimi iş yükünün çoxluğu ilə əlaqələndirmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid Babaşov Qafil Mirbaba oğlu bildirdi ki, ərizəçi qonşusudur. Ərizəçinin oğlunun xəstəliyi var idi. Ərizəçinin oğlu Anar yaşadığı evdə dünyasını dəyişmiş və Sumqayıt qəbristanlığında dəfn edilmişdir. O, bir qonşu kimi yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin iki oğlu var, Anar adlı oğlu rəhmətə gedib. Sumqayıt qəbristanlığından dəfn olunub.O, yas mərasimində iştirak etmişdir. Məhkəmə Ərizəçi, şahidlər Babaşov Qafil Mirbaba oğlu və X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 22.02.2022-ci il tarixli məktubundan görünür ki, X9 ölümünü təsdiq edən həkim arayışı təqdim olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi X15 Stansiyasının 16.02.2022-ci il tarixli, 483 nömrəli arayışından görünür ki, 13.02.2022-ci il tarixdə saat 13:27-də Sumqayıt şəhər Yaşıldərə massivi həyət evi ünvanında yaşayan 1981-ci il təvəllüdlü X10 adına 40 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1981-ci il təvəllüdlü X6 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə mərhum “Aşağı ətrafın tromboflebit” diaqnozu ilə əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ X15 Stansiyasının arayışından görünür ki, Yaşıl dərə İİ massiv ünvanında yaşayan 08.05.1981-ci il təvəllüdlü X10 13.02.2022-ci il tarixdə hər iki ətrafın tromboflebit” xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi vətəndaşlara xidmət idarəsinin 06.05.2022-ci il tarixli arayışından görünür ki, X10 13.02.2022-ci il tarixində vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən 08.05.1981-ci il təvəllüdlü X6 13.02.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 08.05.1981-ci il təvəllüdlü X6 yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində 13 fevral 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08.05.1981-ci il təvəllüdlü X6 yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində 13 fevral 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar