Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2227/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi Məmmədova (Mürsəlova) Elnarə Akif qızının iştirakı ilə, Ərizəçi Məmmədova (Mürsəlova) Elnarə Akif qızının Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Məmmədova (Mürsəlova) Elnarə Akif qızı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında MŞS/MT030/2023/02286 №-li, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə AZ-İ № 315087 nömrəli 27 mart 2007-ci il tarixli rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Bu nikahdan 2 (iki) övladları - 14 noyabr 2009-cu il təvəllüdlü X1 və xx.xx.2016cı il təvəllüdlü X2 anadan olub. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması, onların yeməyi, təlim - tərbiyəsi, təhsili və sağlamlığı ilə məşğul olmayıb. Cavabdeh hazırda rəsmi işləyir, həm də 2-ci qrup əlil olaraq pensiya alır. Bundan əlavə cavabdeh əgər boşanmaq tələbi etməsə ona köməklik edəcəyinə söz verdi və bütün bunları nəzərə alıb Sumqayıt 1 saylı Mediasiya Təşkilatında MŞS/MT030/2023/02286 № -li xx.xx.2023 cü il tarixli Barışıq Sazişini bağladılar və 2023-cü ilin oktyabr ayı da daxil hər ay könüllü olaraq əmək haqqısından (qazancından) və ya digər gəlirlərindən ən azı 500.00 (beş yüz) manat verəcəyinə söz vermişdir. Könüllü olaraq hər ay əmək haqqısından (qazancından) və ya digər gəlirlərindən ailəsinə və övladlarına maddi dəstək verəcəyinə, uşaqlarının saxlanması onların bütün xərclərinin qarşılanması üçün ona 500.00 (beş yüz) manat məbləğində pul ödəyəcəyi barədə razılaşsalar da cavabdeh verdiyi sözə, bağladığı sazişə və götürdüyü öhdəliyə əməl etməyib bəhanələr gətirməklə pul ödəməyib. Məhkəmədə Ərizəçi (Mürsəlova) eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 27 mart 2007-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 14 noyabr 2009-cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 adında iki övladları doğulmuşdur. İş materiallarında olan Məmmədova (Mürsəlova) Elnarə Akif qızı ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 16 oktyabr 2023-cü il tarixdə MŞS/MT030/2023/02286 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri, Qeydiyat şöbəsi, 27. 03. 2007 ci il 384№ ilə qeyd edilmiş, AZ-İ № 315087) anadan olmuş Ş/vəs -AZE № 11128462 - 29.10,2012-ci il doğumlu X1, Ş/vəs-AA ******* - xx.xx.2016-cı il doğumlu X2. Uşaqların saxlanması üçün Maraqlı şəxs tərəfindən (uşağın atası) 2023-cü il Oktyabr ayından başlayaraq hər ayın sonundan gec olmayaraq hər bir ( 1 ) uşaq ücün 250 ( iki yüz əlli ) manat olmaqla cəmi 500 ( beş yüz ) manat Alimenti Ərizəçi ( uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) ilə Ərizəçi ( uşağın anası) arasında birgə rəsmi nikah vaxtı ( Sumqayıt şəhəri:Qeydiyat şöbəsi, 27. 03. 2007 -ci il 384№ i ilə qeyd edilmiş,AZ-İ № 315087 ) -xx.xx.2012-ci il doğumlu X1, xx.xx.2016-cı il doğumlu X2 . Maraqlı şəxs (uşağın - atası).Uşaqların Ərizəçi ( uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasıya prosesində - Ərizəçi ( uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri:Qeydiyat şöbəsi, 27. 03. 2007 -ci il 384№ ilə qeyd edilmiş,AZ-İ № 315087) anadan olmuş - xx.xx.2012-ci il doğumlu X1, xx.xx.2016-cı il doğumlu X2 ataları- Maraqlı şəxs ilə hər hansı (ay,gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane oimayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü. Hər iki tərəf - - Maraqlı şəxs ilə Ərizəçi arasında birgə rəsmi nikah (Sumqayıt şəhəri: Qeydiyat şöbəsi, 27. 03. 2007 -ci il 384№ ilə qeyd edilmiş,AZ-İ № 315087) Nigahın davam etdirilməsinə razılaşdılar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 16 oktyabr 2023-cü il tarixdə MŞS/MT030/2023/02286 nömrəli barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi (Mürsəlova) Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Məmmədova (Mürsəlova) Elnarə Akif qızının Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təsdiq edilsin. Tərəflər arasında 16 oktyabr 2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/02286 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2227/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2227/2024
28.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver