Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2248/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası, İzmir şəhəri, Ege Universiteti Xəstəxanasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. Hal-hazırda xidməti Kəlbəcər rayonunda davam edir. Ərzəçinin anası X5 30 iyun 1957-ci ildə Qazax rayonunun, Saloğlu stansiyasında anadan olmuşdur. 22 aprel 2008-ci ildə Bakı nikah evində türk vətəndaşı X9 ilə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 927 №-si ilə qeyd edilmişdir. Bir müddət Azərbaycanda yaşadıqdan sonra, Türkiyə Respublikasına köçmüşlər. Yusifova Elmira xx.xx.2012-ci il tarixli 5901 saylı X8 16-cı maddəsinə əsasən Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli və 2012/2345 saylı Qərarı ilə Türk vətəndaşlığına qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası vətəndaşıdır. Həmin vaxtdan Türkiyə Respublikasında yaşamışdır. xx.xx.2023-ci il tarixdə saat 17:30-da, Türkiyə Respublikası İzmir şəhəri, Ege Universitetinin Xəstəxanasında ölmüş və həmin tarixdə Ege Universiteti Xəstəxanasının ********** saylı müəyyənləşdirməsinə istinad edilərək Bornova Rayon Səhiyyə İdarəsi tərəfindən 2023/2850 nömrəsi ilə qeydiyyata alınmışdır. X1 Respublikasından Azərbaycana gətirilərək ata- baba yurdu Ağstafa rayonu, Saloğlu qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə faktı Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Saloğlu qəsəbə 17D üzrə nümayəndəsi təsdiq etmişdir. Yusifova Elmiranın dəfn olunuması ilə bağlı aldıqları arayış da, iş materiallarına əlavə edilmişdir. Ərizəçinin Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Buna baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı “ X3 ölmünü təsdiq etməmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçinin anası 2023-cü ilin dekabr ayında Türkiyə Respublikasında ölmüşdür. Onun nəşi oğlu Sənan tərəfindən ölkəyə gətirilmiş və Ağstafa rayonunda dəfn edilmişdir. Dəfndə əri, Sumqayıtda baş tutan yas mərasimində isə özü iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Sənanı uşaq vaxtından tanıyır. Belə ki, onun anası ilə birlikdə Sumqayıtda Aliminium zavodunda bir yerdə işləmişlər. Sənanın anası 2008-ci ildə türk vətəndaşı ilə evlənərəq Türkiyəyə köçmüşdür. Onun nəşini hava limanından Sənanla birlikdə gedib gətirmişlər. Dəfn üçün nəşi Qazax rayonuna göndərmişlər. Məhkəmə ərizəçini və onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərfindən verilmiş 182401.2024-cü il tarixli, 3-16-5/8-N-310/15 saylı məktubdan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - AZ-İ № 404975 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında Bakı Nikah evində xx.xx.2008-ci il tarixində 927 saylı nikah bağlanmışdır. - Ölüm belgesindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası, İzmir şəhəri, X2 ölmüşdür. - ərizəçinin təqdim etdiyi fotoşəkildə olan məzarda X5 qeyd edilərək ölüm tarixi xx.xx.2023-cü il göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin anası xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixində Türkiyə Respublikası, İzmir şəhəri, X2 ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2248/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2248/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver