Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2263/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi2 Məmmədli qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi2 Məmmədli qızının və Ərizəçi1 maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi2 Məmmədli qızı və Ərizəçi1 maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X10 14.11.1999-cu ildə Xızı rayonu, Şuraabad (hazırda Şorabad) qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 Məmmədli qızının və Ərizəçi1 iddia tələbini onunla əsaslandırmışlar ki, 14.11.1999-cu ildə yaxın qohumları olan X2 qəsəbəsində vəfat etmişdir. Onun qeydiyyat ünvanı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi, 50 A ünvanı olmuşdur. X14 1916-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Yaşı ilə əlaqədar ürəyi dayanmış və vəfat etmişdir. Onun ölümü ilə əlaqədar hər hansı bir tibbi aryış alınmamışdır. Buna görə də hazırda ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Bununla əlaqədar olaraq onlar vərəsəlik qaydasında miras qalmış torpaq sahəsinin sənədləşməsi ilə əlaqədar hər hansı bir tədbir görə bilmirlər. X10 ölümünün müəyyən edilməsi onların vərəsəlik hüquqularının təmin edilməsi üçün zəruridir. Vərəsə kimi huquqlarının təmin olunması üçün X10 ölüm faktının tanınmasına ehtiyacları var. Göstərilənlərə əsasən ərizəçilər ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 Məmmədli qızı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, sözügedən faktın təsdiq edilməsi ona vərəsəlik qaydasında qalmış mənzilin özəlləşdirilməsi ilə bağlı lazımdır. Ərizəçi1 və maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi1 və maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 05Q/-4996/69 nömrəli, 16.12.2021-ci il tarixli akt qeydindən görünür ki, Ərizəçi1 xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur və bu barədə 30.05.1988-ci il tarixdə Sumqayıt şəhər X15 qəsəbəsində 75 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4r. İş materiallarında olan 05Q/-387/69 nömrəli, 09.02.2022-ci il tarixli akt qeydindən görünür ki, X13 08.05.1950-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur və bu barədə 20.05.1950-ci il tarixdə Sumqayıt şəhər X15 qəsəbəsində 68 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X6, anası Bağdaxanım Əlişan qızıdır. İş materiallarında olan 05Q/-4998/69 nömrəli, 16.12.2021-ci il tarixli akt qeydindən görünür ki, X1 Güldəstə Məmmədli qızı arasında olan nikah Sumqayıt şəhər X15 qəsəbəsində qeydə alınmış və bu barədə 31 may 1974-cü il tarixdə 30 N-li akt qeydi tərtib olunmuşdur. Həmin aktda qeyd edilmişdir ki, 17.09.1992-ci ildə vəfat etmiş X9 ölümü 03.09.1992-ci il 015 nömrəli akt qeydi ilə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Xızı rayonu, Şorabad Bələdiyyəsinin 08 nömrəli 13 may 2022-ci il tarixli arayışından görünür ki, X14 14.11.1999-cu il tarixdə vəfat etmiş və Şorabad Qəbristanlığında dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 rayonu, Şuraabad (hazırda Şorabad) qəsəbəsində 14.11.1999-cu il tarixdə vəfat etmişdir. Bu fakt Xızı rayonu, Şorabad Bələdiyyəsinin 08 nömrəli 13 may 2022-ci il tarixli arayışı, fotoşəkil və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X10 14.11.1999-cu ildə Xızı rayonu, Şuraabad (hazırda Şorabad) qəsəbəsində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 14.11.1999-cu ildə Xızı rayonu, Şuraabad (hazırda Şorabad) qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2263/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2263/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver