Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2273/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X2 25.01.2009-cu il tarixdə ölüm faktının tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, 06.02.2007-ci ildə Sumqayıt şəhərində X4 ilə nikaha daxil olaraq ailə qurmuşlar. X1 vəfat etmişdir. Qohumları tərəfindən Azərbaycana gətirilərək Corat qəbiristanlığında dəfn edilmişdir. Həyat yoldaşının ölümünün qeydiyyata alınması ilə bağlı maraqlı şəxs qismində çıxış edən Sumqayıt şəhəri Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin müraciətinə cavab məktubunda məhkəmə qətnaməsi olmadığından ölümün qeydə alınmasının mümkün olmadığı qeyd edilmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin edilməsinə xahiş etdi. Məhkəmə iclasında ərizəçinin keçmiş ərinin anası Maraqlı şəxs2 oğlu X2 Ukraynada öldüyünü bildirdi. Oğlunun ölüm haqqında şəhadətnaməsini məhkəmə iclasında təqdim etdi. Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 25 yanvar 2009-cu il tarixdə Ukrayna şəhərinin, Çerkassı vilayətinin, Smila şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin yanvar ayının 26 günündə № 82 qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin təsdiq etmək üçün məhkəməyə müraciət etdiyi fakt öz təsdiqini tapmışdır. Bunu maraqlı şəxs tərəfindən təqdim edilən, iş materiallarına əlavə edilən ölüm haqqında şəhadətnamə təsdiq edir. Hüseynov Nəcəf Qurbanəli oğlunun ölümünü təsdiq edən sənəd mövcud olduğundan, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2273/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2273/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver