Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2374/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X4 ərizəçinin atasıdır. X1 xx.xx.1951-ci ildə Qusar rayonunda doğulmuş və onunla bir ünvanda yaşamışdır. Ərizəçi 16 fevral 2023-cü il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə həkim çağırmış və həkim evə gələnə kimi atası artıq vəfat etmişdir. Atası el adəti ilə Xaçmaz rayonu Zuxuloba kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxtı ölüm haqqında şəhadətnaməni almamışlar. Belə ki, başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazimi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinkaya müraciət etsə də, ərizəçiyə ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ərizəçiyə atasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərini, o cümlədən atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün lazımdır. Göstərilənlərə əsasən xx.xx.1951-ci ildə Qusar rayonunda doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə maraqlı şəxs 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, X11 onun xalası oğludur. X4 2023-cü ilin fevral ayında xəstəliyə görə vəfat etmişdir. Onu Xaçmaz rayonu, Zoxuloba kəndində dəfn etmişlər. Onun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun xalasının nəvəsi, atası Rəcəb isə xalası oğludur. X11 2023-cü ilin fevral ayında xəstəliyi ilə əlaqədar vəfat etmişdir. 27 mart tarixində onun 40 mərasimində iştirak etmişdir. Onu Xaçmaz rayonu, Zoxuloba kəndində dəfn etmişlər. Onun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir.
9. İş materiallarında olan Xİ-ЖГ № 436828 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, X1, anası isə X3r.
10. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 14035644 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X4 19 oktyabr 1951-cü ildə Qusar rayonunun, Zuxur kəndində anadan olmuşdur.
11. İş materiallarındakı Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə ünvan 2 ünvanından X2 adına çağırış daxil olmuşdur. Həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir.
12. İş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 11 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 06:24-də ünvan 2 ünvanında X4 adına çağırış daxil olmuşdur. Çağırışı 15 saylı KYSnın həkimi Ş.Orucova yerinə yetirmiş, həmin xəstəyə qaraciyər serrozu assit diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1951-ci il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixində vəfat etmiş X4 ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayonu İcra Hakimiyyəti Yalama İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 99 nömrəli arayışından görünür ki, vəfat etmiş X4 16 fevral 2023-cü il tarixdə Yalama İƏD-nin Zuxuloba kənd qəbirstanlığında dəfn edilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 01 mart 2023-cü il tarixli, 3-16-5/8- 15-903/2023 saylı məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə təqdim olunmadığından ölümün faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmədə Ərizəçinın izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmiş və Xaçmaz rayonu, Zuxuloba kənd qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
21. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
22. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
23. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X1nun 16 fevral 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 19 oktyabr 1951-ci il təvəllüdlü X2 16 fevral 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva