Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2459/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, öncədən tanıdığı Cavabdehla görüşüb ondan Gürüstan Respublikası Marneuli X1 ali təhsil almağı barədə diplomun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasına köməklik etməsini istəmişdir. Elbrus da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışan şəxslərlə əlaqəsi olduğunu və bu işi 6000 manata həll edəcəyinə söz vermişdir. O da inanaraq xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində bazarın yaxınlığında yerləşən “Markova’’ Ticarət mərkəzinin qarşısında Elbrusa 6000 (altı min) manat pulu, diplomunu və qiymət cədvəlini vermişdir. Elbrus ondan pul almasını kağıza yazaraq həmin vərəqi ona vermiş və bildirmişdir ki, bu işi təxminən 1 ay ərzində görüb qurtaracaq, diplomumun tanınmasının təsdiq edilməsi barədə sənədi verəcəkdir. Elbrus müxtəlif bəhanələr gətirib onu aldatmış, nə diplomunu təsdiq etdirmiş, nə də verdiyi pulu qaytarmamışdır. Beləliklə də Cavabdeh onu aldadaraq ondan aldığı 6000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Cavabdeh onu aldadaraq 6000 (altı min) manat məbləğində pul vəsaitimi ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətməsi Sumqayıt Şəhər Məhkəməsinin 1 (060)-3 7/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təsdiqini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmnə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1 -ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmış və Cavabdeh qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh ona 6000 manat müqabilində sənəd düzəltmək adı ilə yalan vəd vermişdir. Ona qarşı dələduzluq edilmiş, heç bir vəsait qaytarılmamış, nə də deyilən sözə əməl edilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-37/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinməsi, həmin Məcəllənin 178.2.2 və 178.2.4- cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaların cinayətlərin məcmusu üzrə qismən toplanılması və Cavabdeh qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 14 may 2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-37/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
8. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyəyn edilmişdir ki, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışan şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək sonuncuya xarici dövlət ali məktəbləri tərəfindən verilmiş diplomları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasını təmin etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumat verməklə, sonuncunun Gürcüstan Respublikası Marneuli X2 tərəfindən verilmiş ali təhsil alması barədə diplomunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasını təmin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu işin görülməsi müqabilində xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Markova» Ticarət mərkəzinin qarşısında İddiaçı 6000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
11. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
12. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.
13. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).
15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh İddiaçı aldadaraq ondan aldığı 6000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
18. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
17. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
18. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 6000 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
Nəticə hissəsi:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Behbudova