Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2460/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 109 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin avqust ayında tanışı Cavabdehla sosial şəbkədə yazışarkən iş axtardığını dedikdə Elbrus onu işə düzəldə biləcəyini demişdir. O, bu məsələ ilə bağlı Sumqayıt şəhərində 5-ci mikrorayon ərazisində yerləşən Şaurma restoranında Elbrus görüşdükdə o, yüksək vəzifəli qohumunun vasitəsi ilə onu Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri vəzifəsinə düzəldəcəyini vəd edərək bunun üçün 10000 (on min) manat pul verməli olacağını bildirmişdir. O, cavabdehə bu işlə bağlı 8900 (səkkiz min doqquz yüz) manat vermişdir. Həmin vaxt Elbrus ona sentyabr ayının 10-da Sumqayıt Apellyasiya məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunacağını bildirmiş, lakin deyilən vaxtda onu işə çağıran olmamışdır. O, Elbrusa zəng edib pulu qaytarmasını tələb etdikdə, Elbrus tezliklə işinin düzələcəyinə bir daha söz vermişdir. Bir müddət keçmiş, dekabr ayında Elbrus ona 23 yanvar 2024-cü il tarixdən Sumqayıt Apellyasiya məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunmağına dair həmin məhkəmənin sədrinə ünvanlanmış məktub vermiş, lakin 23 yanvar 2024-cü il tarixdə onu işə çağıran olmadığını görüb, aldadıldığını anlamışdır. Bu səbəbdən Elbrusla mübahisə edərək pulunu qaytarmasını tələb etmişdir. Bir neçə gündən sonra Elbrus ona Məhkəmə Hüquq Şurasının rəhbəri tərəfındən imzalanmış “14 fevral 2024-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunmağı və 2800 manat əmək haqqı hesablanması” barədə məktub vermiş, lakin yenə də, onu işə çağıran olmadığını görüb qəti şəkildə aldadıldığını anlamışdır. Beləliklə Cavabdeh onu aldadaraq ondan aldığı 8900 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Cavabdeh onu aldadaraq 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətməsi Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təsdiqini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasma məhkurn edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmış və Cavabdeh qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SX048095458AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən, məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştiak etmiş İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, özünə iş axtarmışdır. Cavabdeh ondan işə düzəlməyi üçün 7000 manat pul almışdır. Daha sonra cavabdeh ondan Sumqayıt Apellyasiya Məhkəməsinə işə düzəltməsi üçün əlavə 3000 manat pul istəmişdir. Ümumilikdə cavabdehə 8900 manat vermişdir. Bu iş üzrə ona 8900 manat ziyan dəyməyi məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.
5. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-37/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinməsi, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaların cinayətlərin məcmusu üzrə qismən toplanılması və Cavabdeh qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 14 may 2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyəyn edilmişdir ki, Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı İddiaçı özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim edərək onu həmin şəxslərin vasitəsi ilə dövlət orqanlarında işə düzəldəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumatlar verərək, həmin şəxslərin vasitəsi ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat Rəhbəri vəzifəsinə təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində 08 avqust 2023-cü il tarixdə Sum qayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Şaurma” kafesində İddiaçı 8900 m anat pul vəsaitini aldıqdan sonra, kompyuter vasitəsi ilə “İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsinə 23 yanvar 2024-cü il tarixindən təyin edilsin. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq hesablansın.” məzmunlu, yuxarı hissəsində “Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Aparatı”, «25 dekabr 2023-cü il», “3/1 l/4-K 15378-2/2023’” qeyd olunan, «Sumqayıt Apellyasiya Məhkəməsinin X2” ünvanlanmış və aşağı hissəsində «Ümumi şöbənin müdiri Orxan Cəbrayılov» sözləri və imzalar olan, həmçinin “İşə qəbul olunma barədə”, “Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının qərarı ilə İddiaçı 14 fevral 2024-cü il tarixindən Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsinə təyin edilsin. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 2860 manat hesablansın” məzmunlu, yuxarı «hissəsində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, Aparatı» sözləri «23 yanvar 2024-cü il» tarix və N°1-3K-12024 nömrəsi qeyd olunan, aşağı hissəsində «Məhkəmə Hüquq Şurasının rəhbəri Kərəm Mansurov sözləri və imza olan, hüquq verən rəsmi sənədləri elektrofotoqrafik çap qurğuda (sürətçıxaran, lazer printer və s.) çap etməklə montaj edib istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb həmin sənədi vədini yerinə yetirməsi görüntüsü yaratmaq üçün İddiaçı təqdim etməklə aldadaraq ondan aldığı 8900 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
8. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 9.Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 10.Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 11.Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). 13.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 14.Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 15.İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh İddiaçı aldadaraq ondan aldığı 8900 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 16.Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 17.Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). 18.Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ooğlundan cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 8900 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. 19.Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 109 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. 20.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
Nəticə hissəsi: 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul və ödənilmiş 109 (bir yüz doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva