Məhkəmə qərarları › İş №2(060)-2467/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2467/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2467/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci ildə Tər-tər şəhərində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı Əhmədova (Əliyeva) Könül Behbud qızı 2014-cü ildə X5 ilə nikaha daxil olmadan ailə qurmuşdur. Onların xx.xx.2015ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Qızı 2014-cü ildə əri X5 ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 isə Səfirliyin vasitəsilə Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ərizəçi nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Qızının əri X5 2014-cü ildə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Bu günə kimi bir dəfə də olsun əlaqə saxlamamışdır. Ümumiyyətlə, onun sağ olub-olmaması barədə heç bir məlumat yoxdur. Ona görə də, qərara gəlmişdir ki, onun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsin. Onun ölmüş elan edilməsi ərizəçiyə uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Əlavə olaraq qeyd edir ki, qızı hazırda sağdır və İraq Respublikasındadır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, qızı Əhmədova (Əliyeva) Könül Behbud qızı X5 ilə 2014-cü ildə İraqa getmiş, 2017-ci ildə əsir düşmüşlər. 2017-ci ildən sonra X5 barədə heç bir məlumat yoxdur, belə ki o, ölmüşdür. Qızı isə hazırda İraqda həbsxanadadır. Ərizənin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, X5 onun qardaşıdır. Qardaşı, Əhmədova (Əliyeva) Könül Behbud qızı ilə birlikdə 2014-cü ildə İraqa getmiş, 2017-ci ildə müharibə ola zaman əsir düşmüşlər və həmin vaxtdan etibarən qardaşı X5 barədə heç bir məlumat yoxdur, belə ki, o, ölmüşdür. Məhkəmə ərizəçini və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5-8-15/Ə-841/2023 saylı məktubundan görünür ki, X7 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 atası X5, anası X8r. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3367/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə, X4 isə xx.xx.2016-cı il tarixində İraq Respublikasında doğulması faktının müəyyən olunması qət edilmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 65№-li qəyyum təyin etmə barədə sərəncamının surətindən görünür ki, xx.xx.1968ci il təvəllüdlü Ərizəçi nəvələri-xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1755-23 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası hüdudlarını tərk etmiş və bir daha geri qayıtmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qızı Əhmədova (Əliyeva) Könül Behbud qızı 2014-cü ildə X5 ilə nikaha daxil olmadan ailə qurmuşdur. Onların xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Qızı 2014-cü ildə əri X5 ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 isə Səfirliyin vasitəsilə Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ərizəçi nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Qızının əri (nikahdan kənar) X5 2014-cü ildə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Bu günə kimi bir dəfə də olsun əlaqə saxlamamışdır. Ümumiyyətlə, onun sağ olub-olmaması barədə heç bir məlumat yoxdur. Ona görə də, onun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4-cü maddəsinə əsasən Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci ildə Tər-tər şəhərində anadan olmuş X5 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar