Məhkəmə qərarları › İş №2(060)-2468/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2468/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2468/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs - Maraqlı şəxs) şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs – Maraqlı şəxs) xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X10 2007-ci ildə X11 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 06 avqust 2008-ci il təvəllüdlü X12 və 19 avqust 2009-cu il təvəllüdlü X14 adlı övladları anadan olmuşdur. 2010-cu ildə X3 Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. 2014-cü ildə isə ərizəçinin qızı uşaqlarla birlikdə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Nəvələri 06 avqust 2008-ci il təvəllüdlü X12 və 19 avqust 2009-cu il təvəllüdlü X14 diplomatik yollarla Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etdmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ərizəçi nəvələrinin üzərində qəyyum təyin edilmişdir. Qızının həyat yoldaşı X2 olub-olmaması barədə heç bir məlumat yoxdur. Onun ölmüş elan edilməsi ərizəçiyı uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Ərizəçinin qızı hazırda sağdır və İraq Respublikasındadır. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verdi, həmçinin bildirdi ki, 2010-cu ildə X17 Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. 2014-cü ildə isə qızı övladları ilə birlikdə oraya getmiş və qayıtmamışdır. Nəvələri səfirlik vasitəsi ilə Azərbaycana gətirilmişdir. X9 2010-cu ildən bəri xəbərləri olmamışdır. Onun sağ olubolmaması barədə heç bir məlumatları yoxdur. Qızı İraq Respublikasında həbsxanadadır. Onun üçün də Sərxan Əhmədovun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM)185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1968-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-940/2013 saylı qətnaməsi ilə X5 razılığı olmadan onunla X4 birgə nikahından olan 06 avqust 2008-ci il təvəllüdlü X6 və 19 avqust 2009-cu ilə təvəllüdlü X8 X10 ilə Azərbaycan Respublikasından getmələrinə icazə verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X14 xx.xx.2009-cu ildə, X12 isə xx.xx.2008-ci ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Uşaqların atası X11, anası X7r. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 368 nömrəli Sərəncamına əsasən Ərizəçi nəvəsi, xx.xx.2009-cu il təvəllüdlü X14 üzərində qəyyum təyin edilmişdir. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Ərizəçinin nümayəndəsi X5 ölümünün qeydiyyata alınması barədə ərizə ilə maraqlı şəxsə müraciət etmiş və maraqlı şəxsin xx.xx.2023-cü il tarixli məktubunda ona Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü tarixli məktubunda X1 dəfə xx.xx.2010-cu il tarixində ölkəni tərk etməsi barədə məlumat qeydə alındığı bildirilmişdir. Sumqayıt şəhər Polis İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X11 barəsində Sumqayıt ŞPİ və ərazi PB-də hər hansı bir təqsirləndirici material, ərizə, şikayət qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1.). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.2.). Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (305.1.2.). Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (313). Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır (314.1.). Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır (315.2.). Dövlət Sərhəd Xidmətinin verdiyi məlumatda X5 xx.xx.2010-cu ildə ölkəni tərk etdiyi bildirilmişdir. Göründüyü kimi X5 2010-cu ildə ölkəni tərk etməsi işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 ölkəni tərk edərək hərbi münaqişələrin mövcud olduğu bölgəyə getmişdir və onun barəsində yaşayış yeri üzrə son məlumatların əldə edilməsindən 13 ildən artıq vaxt keçmişdir. Həmçinin onun hərbi əməliyyatlar zonasında, həmin əməliyyatlar nəticəsində həlak olmasına kifayət qədər əsaslı şübhələr vardır. Bu səbəbdən ərizə təmin edilməli X11 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən MM-in 41-ci və MPM-in 315, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X11 ölmüş elan edilsin. X5 ölüm tarixi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxt sayılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar