Məhkəmə qərarları › İş №2(060)-2481/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2481/2021

17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2481/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X5rşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03.10.1991-ci il təvəllüdlü X2 06.10.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum qızı X6 03.10.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Qızının heç vaxt heç bir xəstəliyi olmamışdır. 06.10.2020-ci il tarixdə qəflətən özünü piss hiss etmişdir. X1 dərhal 103 X14ynar xəttinə çağırış etmişdir. Briqada ünvana gələrkən qızı artıq vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və X7 Stansiyasının 07.10.2020-ci il tarixli, 1965 nömrəli arayışını da ərizəsinə əlavə etmişdir. Bundan əlavə hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları ünvana gəlmiş, araşdırma aparmışdır. AR DİN Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 27.01.2021-ci il tarixli, 124-1792-1221 saylı arayışında da qeyd edilmişdir ki, hadisə yerində hər hansı bir cinayət hadisəsi baş verməmişdir. Mərhum qızı Sumqayıt şəhər Bismak şirniyyat evinin arxası ərazisində yerləşən sumqayıt qəbirstanlığında dəfn olunmuşdur. Mərhum ev şəraitində öldüyünə görə ölüm şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qanunla müəyyən olunmuş formada ölüm şəhadətnaməsi almaq mümkün deyildir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyə Nazirliyi Sumqayıt Asan Xidmət X8 müraciət etsə də, rədd cavabı almışdır. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq, 03.10.1991-ci il təvəllüdlü X2 06.10.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X3 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, Ərizəçi qardaşı, Rəhmətə gedən isə qardaşı qızıdır. Qardaşının qızı ev şəraitində dünyasını dəyişib. Həmin vaxt o, da orda olub. Təcili Tibbi yardıma zəng edib çağırmışlar. Həkimlər gələndə Nilufər artıq dünyasını dəyişmişdir. Qardaşı qızı Sumqayıt şəhər qəbristanlığında dəfn olunub. Məhkəmədə şahid X15 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi qızı səhər saatlarında yaşadığı mənzildə dünyasını dəyişmişdir. O, ərizəçinin qonşusu kimi yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə Ərizəçi, şahidlər X9 və X10 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt 2ASAN xidmət” X13nin Ərizəçi ünvanladığı 01.02.2021-ci il tarixli məktubundan görünür ki, X2 ölümünü təsdiq edən sənədin olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X7 Stansiyasının 07.10.2020-ci il tarixli arayışının surətindən görünür ki, 06.10.2020-ci il tarixdə saat 10:25-də ünvan 3 ünvanında yaşayan 1991-ci il təvəllüdlü X6 adına 2 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1991-ci il təvəllüdlü X2 meydini aşkar etmişdir. Qonşuların və bibisinin deməsinə görə mərhumənin heç bir xəstəliyi olmamışdır. Qəflətən özünü pis hiss edib keçinmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin 27.01.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yaşamış, 03.10.1991-ci il təvəllüdlü X6 06.10.2020-ci il tarixdə yaşadığı ünvanda qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir, ölüm hadisəsi cinayət xarakterli deyildir. İş materiallarında olan AZ-İ N-143961 saylı, 25.01.2003-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 03.10.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-Ərizəçi, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi vətəndaşlara xidmət idarəsinin 11.03.2021ci il tarixli arayışdan görünür ki, X6 06.10.2020-ci il tarixində vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, N-0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4-da qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən X2 06.10.2020-ci ildə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X13 məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 03 oktyabr 1991-ci il təvəllüdlü X2 06 oktyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 03 oktyabr 1991-ci il təvəllüdlü X2 06 oktyabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar