Məhkəmə qərarları › İş №2(060)-2489/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2489/2024

23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2489/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı Heydərova (Nəcəfova) X5 MR, Naxçıvan şəhəri, Azadlıq prospekti, ev 10, mənzil 52 ünvanında qeydiyyatda olmuş və 2021-ci ildən ünvan 2 ünvanında yaşamışdır. Ərizəçinin həyat yoldaşı Heydərova (Nəcəfova) Vasilə Nəcəf qızı xx.xx.2024-cü il tarixində vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, 89 saylı arayışı ərizəyə əlavə olunur. Bakı şəhəri Təcili və X2 Stansiyasının 10 saylı bölməsinin xəbərdarlıq vərəqəsində həkiməqədər ölüm və sahə üzrə poliklinikaya müraciət edilməsi qeyd olunur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X14 tərəfindən verilən 12 fevral 2024-cü il tarixli, 89 saylı məktubunda qeyd olunmuşdur: “29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyi məlumat üçün bildirir ki, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanında yaşamış 55 yaşlı X1 10 fevral 2024cü il tarixdə X8 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün TQS№106 verilməsindən imtina edilmişdir.” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-7xx-xx/2024 saylı arayışında qeyd olunmuşdur: “xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 ölümünün qeydiyyata alınması ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə təqdim etdiyiniz ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Göstərilənlərə əsasən xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qızıdır. Mərhum anası X4 10 fevral 2024-cü il tarixdə, gecə yatarkən vəfat etmişdir. Mərhum anası bir çox xəstəlikdən əziyyət çəkirdi. Son zamanlar təzyiq problemi və bədənində su yığılması ilə əlaqədar şişkinlik var idi. Təzyiq problemi ilə əlaqədar müalicə alırdı.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 oğlu öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. Mərhum anası X4 10 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum anası bir çox xəstəlikdən əziyyət çəkirdi. Son zamanlar bədənində qarın nahiyəsində şişkinlik var idi. Təzyiq problemi ilə əlaqədar müalicə alırdı. Gecə yatarkən bacısının səsi ilə oyanaraq anasının vəfat xəbərini almışdır. Mərhum anası Sədərək qəbirstanlıqda dəfn edilmişdir.

9. İş materiallarında olan Naxçıvan Respublikası Sədərək rayon Sədərək kənd nümayəndəliyi tərəfindən 10 iyun 1997-ci il tarixində verilmiş V-ЖГ № 454652 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 10 iyun 1997-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Heydərova soyadı verilmişdir.

10. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyasının 10 saylı bölməsi tərəfindən təsdiq edilmiş BŞT və TTYS-nin Statistika şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə, Sovxoz ünvanından X1 adına çağırış daxil olmuşdur. Həmin ünvanda həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 Bakı Baş Səhiyyə X11 Şəxsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 12 fevral 2024-cü il tarixli, 89 saylı məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan südçülük savxozu ünvanında yaşamış 55 yaşlı X1 10 fevral 2024-cü il tarixdə X8 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün TQSN № 106 verilməsindən imtina edilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 Saylı Sumqayıt Regional “ASAN Xidmət” Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 26 fevral 2024-cü il tarixli, 3-16-5/8-7xx-xx/2024 saylı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

13. İş materiallarında olan “Sədərək” Xeyriyyə Cəmiyyəti tərəfindən 27 fevral 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1969-cu ildə Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuş mərhumə X4 10 fevral 2024-cü ildə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbiristanlıqda dəfn edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X4 10 fevral 2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş və “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn edilmişdir, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa ala bilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi həyat yoldaşı X1 10 fevral 2024-cü il tarixində ölməsi faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 03 fevral 1969-cu il təvəllüdlü X1 10 fevral 2024-cü il tarixində Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar