Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2525/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1949-cu ildə doğulmuşdur. X2 15 fevral 1984-cü il tarixdə doğulmuş və 26 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Ölümünün səbəbi kəskin ürək-damar və tənəffüs çatışmazlığı olmuşdur. Belə ki, ərizəçinin oğlu TTY briqadası və onların müşayiəti ilə 20 fevral 2023-cü il tarixdə xəstəxanaya aparılmışdır. Lakin bütün müdaxilələrə baxmayaraq, 26 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Vəfatından sonra ölüm haqqında şəhadətnaməni almaq məqsədi ilə 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsinin 15 mart 2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göstərilənlərə əsasən ərizəçinin oğlu xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə maraqlı şəxs 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun atasıdır. Mərhum qardaşı Stansiya Sumqayıt qəsəbəsində fərdi evdə tək yaşayırdı. Gecə işdən yorğun gəlib evdə “Tik-tok” sosial şəbəkəsində canlı yayım açıb dostları ilə danışan yerdə dəm qazından zəhərlənmiş və canlı yayım açıq ola-ola onun səsi dəyişərək huşunu itirmişdir. Şahindən xəbər ala bilməyən dostları ona gecə zəng etsələr də, o, telefonu sönülü olduğu üçün səhər məlumatlı olmuş və dərhal atası ilə qardaşının tək yaşadığı evə getmişlər. İçəri daxil olduqda artıq dəm qazının qoxusunu hiss edərək qardaşını huşunu itirmiş halda yerdə uzandığını görmüşlər. Dərhal TTY-a zəng etmiş və onlar gəlib əvvəlcə Sumqayıta, sonra isə Toksikologiya Mərkəzinə aparmışdılar. 1 həftə sonra isə qardaşı vəfat etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşuluq münasibətləri var. Ərizəçinin X2 2023-cü ilin fevral ayının 26-sı vəfat etmişdir. Onun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, Ərizəçi 10 ildir ki, tanıyır və onunla qonşuluq əlaqələri vardır. Ərizəçinin X2 dəm qazından zəhərlənərək ölmüşdür. Onu Sumqayıt şəhərində dəfn etmişlər. Onun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir.
10. İş materiallarında olan X-ЖГ seriyalı, 271142 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Ərizəçi, anası isə X1r.
11. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “X10” X15 tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli, 2762 nömrəli epikrizdən görünür ki, xəstə TTY briqadası və qohumların müşayiəti ilə xx.xx.2023-cü il tarixdə, 20:20-də toksikologiya şöbəsinə gətirilmişdir. Anamnestik məlumata əsasən 1 gün əvvəl qazla işləyən sobanın yanında olub. Huşunu itirib. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağırdır. Huşu komadır. Göz bəbəkləri nisbətən genişlənmişdir. Aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə xx.xx.2023-cü il tarixdə saat 19:30-da bioloji ölüm baş verdi və bu haqda yaşadığı ərazi üzrə PB-nə məlumat verildi. Diaqnoz: Kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə, çox ağır dərəcədə Toksiki ensefalopatiya, Koma İİ, Kəskin ürək qan damar və tənəffüs çatmamazlığı.
12. Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt Şəhər Prokurorluğuun 09 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 ölməsi faktında cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Maraqlı şəxs Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 15 mart 2023-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölümün faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
14. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X10” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, toksikologiya şöbəsində xx.xx.2023-cü il tarixində vəfat edən 1984-cü il təvəllüdlü X3 meyidi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji - Anatomiya” birliyinin Sumqayıt şəhərindəki şöbəsinə verilmişdir. Bu səbəbdən X11 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmədə Ərizəçinın izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X2 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində vəfat etmiş və dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
21. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
22. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X2nun 26 fevral 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X3 26 fevral 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva