Məhkəmə qərarları › İş №2(060)-2527/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2527/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2527/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü qızı X4 xx.xx.2008-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, gecəqondu ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il təvəllüdlü qızı X4 xx.xx.2008-ci il tarixində saat 22:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, gecəqondu ünvanında ölmüş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlığın arayışında da görünür kimi, qızı X4 xx.xx.2008-ci il tarixində Sumqayıt şəhərində ölmüş və həmin tarixdə Sumqayıt Şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Hazırda qızı X4 qeydiyyatda olduğu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat-6, 2-ci paralel küçəsi, məhəllə 9da qeydiyyatdadır. Qeydiyyatın ləğvi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etsə də qızının ölüm haqqında şəhadətnaməsi olmadığına görə qeydiyyatı ləğv olunmamışdır. Həmin ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ölümün qeydiyyata alınmasından imtina olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi baldızıdır, ərinin bacısıdır. X4 2008-ci ildə doğulmuçdur. Babazadə Pəri öləndə hələ 1 yaşı tamam olmamışdı. Babazadə Pəri H.Z.Tağıyev qəsəbəsində dəfn edilmişdir, dəfnində iştirak etmişdir. Babazadə Pərinin xəstəliyi var idi, xəstəlikdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi bacısıdır. Bacısının bir oğlu, bir də qızı ölmüşdür. Bacısının qızı X4 2008-ci ildə ölmüşdür. Babazadə Pəri öləndə təxmini 6-7 aylıq olardı. Bacısının əri X3 öləndən sonra məlum olmuşdur ki, X1 ölümü qeydə alınmamışdır, belə ki, ailə tərkibi haqqında arayışda Babazadə Pərinin də adı keçmişdir. Babazadə Pərini H.Z.Tağıyev qəsəbəsində atasının yanında dəfn etmişlər. Babazadə Pərinin xəstəliyi var idi, xəstəlikdən ölmüşdür. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-V-1218/15 saylı məktubundan görünür ki, X1 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ X10 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 598 saylı arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə briqada verilən ünvana çatdıqda xx.xx.2008-ci il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə X1 anadangəlmə “Tinus vəzi” xəstəliyindən əziyyət çəkmiş, müalicələr almışdır. Müayinə zamanı meyid üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qızı X4 xx.xx.2008-ci ildə ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2008-ci təvəllüdlü X1 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar