Məhkəmə qərarları › İş №2(060)-2576/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2576/2022

02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2576/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi v ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1nun xx.xx.2014-ci tarixində Abşeron rayon Görədil kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il təvəllüdlü X1 xx.xx.2014-ci il tarixində Abşeron rayon Görədil kəndində ölmüş və Abşeron rayon Görədil kənd Qəbirstanlığında dəfn olunmuşdur. X1 xx.xx.2014-ci il tarixində Abşeron rayon Görədil kəndində ölməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə alınmadığına görə oğlunun ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən X1nun ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmə iclasında ərizəçi bildirdi ki, həmin gün ərinin nənəsigilə qonaq getmişlər. Evə qayıtmaq üçün hazırlaşanda həyədəki hovuzda uşağını suyun içində görmüşdür. Daha sonra xəstəxanaya aparmışlar, xəstəxanada uşağın keçindiyini bilmişlər. Ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qızıdır. xx.xx.2014-cü ildə günorta saatlarında qızı ağlayaraq ona zəng edərək uşağın öldüyünü bildirmişdir. Daha sonra xəstəxanaya getmiş, xəstəxanaya çatanda artıq nəvəsinin öldüyünü bilmişdir. xx.xx.2014-cü ildə ölmüş, xx.xx.2014-cü ildə Görədil kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçinin əri, ölən uşağın atası onun dayısı oğludur. Uşağın ölməsi barədə telefonla ona məlumat verilmişdir. Xəbər tutandan sonra xəstəxanaya getmiş, xəstəxanada uşağın keçindiyini bilmişdir. Uşaq xx.xx.2014-cü ildə qohumlarının dəfn edildiyi Görədil kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 38 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 2014-cü ildə Abşeron rayonunun Görədil kənd qəbirstanlığında dəfn edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2022.2022-ci il tarixli 05/Q-678/15 saylı məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - Abşeron Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 xx.xx.2014-cü ildə Abşeron rayonu, Görədil kəndində suda boğularaq ölməsi ilə əlaqədar Abşeron Rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Tarquliyev Ramin ramiz oğlu Laçın rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin X1 xx.xx.2014cü ildə Abşeron rayonunun Görədil kəndində suda boğularaq ölmüşdür. Mərhum ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdə Abşeron rayonunun Görədil kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar