Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2581/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 06 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 noyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 21 iyul 1996-cı ildə Sumqayıt şəhərində vəfat etmiş və Qobustan rayon Nabur kənd qəbirstanlığında dəfn olunmuş mərhum X7 Qadir oğlunun ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Babayev Nicat Qadir oğlu onun oğludur. O, 19 noyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bunu 14 yanvar 1988-ci ildə mərhum oğlunun adına verilmiş Xİİİ-JQ N 253521 nömrəli doğum haqqında şəhadətnamə təsdiq edir. Oğlu N.Babayev 21 iyul 1996-cı ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və el adəti ilə Qobustan rayon Nabur kənd qəbirstanlığında dəfn olunmuşdur. Bunu Qobustan rayon İH-ti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 71 saylı arayışı təsdiq edir. Oğlu ev şəraitində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməyiblər. X7 Qadir oğluna ölüm haqqında şəhadətnamə ala bilmədikləri üçün hüquqmüəyyənedici sənədləri əldə edə bilmir. Bir daha bildirir ki, oğlu ev şəraitində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməyiblər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olur. ''Olüm haqqmda şəhadətnamə” almaq üçün Maraqlı şəxsnə müraciət etmişdi. Maraqlı tərəf özünıın 13 fevral 2024-cü il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etidi.Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Babayev Nicat Qadir oğlu onun oğludur. Oğlu 21 iyul 1996-cı ildə Sumqayıt şəhərində ev şəraitində uzun sürən xəstəlikdən vəfat etmiş və Qobustan rayon Nabur kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt səhlənkarlıq edib həkimə məlumat vermədiklərinə görə mərhum oğluna ölüm haqqında şəhadətnamə ala bilməyiblər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. Qeyd edir ki, hazırkı faktın müəyyən edilməsi ona evinin özəlləşdirilməsi üçün lazımdır. Belə ki, orderdə mərhum oğlunun da adı var. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi Qadir onun qonşusudur. Onu 1990-cı ildən tanıyır. Qadirin oğlu 1996-cı ilin iyulunda vəfat edib. Mərhum Nabur kənd qəbirstanlığında dəfn olunub. Qeyd edir ki, mərhumun dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, Qadir onun qonşusudur. Qadirin oğlu qəflətən 1996-cı ilin iyul ayında rəhmətə getmişdir. Mərhumun dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 71 saylı arayışından görünür ki, 21 iyul 1996-cı il təvəllüdlü Babayev Nicat Qadir oğlu Sumqayıt şəhərində vəfat etmiş və Qobustan rayon Nabur kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Babayev Nicat Qadir oğlu ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Xİİ JQ 253521 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Nicat Qadir oğlu xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuşdr. Atası Ərizəçi, anası X2r. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu 19 noyabr 1987ci il təvəllüdlü Babayev Nicat Qadir oğlu 21 iyul 1996-cı ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt şahid ifadələri, Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 71 saylı arayışı, fotoşəkillər və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin oğlu 19 noyabr 1987-ci il təvəllüdlü Babayev Nicat Qadir oğlunun 21 iyul 1996-cı ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 noyabr 1987-ci il təvəllüdlü Babayev Nicat Qadir oğlunun 21 iyul 1996-cı ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2581/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2581/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver