Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2633/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Kia Rio” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli 2(001)-7338/2017 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İslamov X8 və X2 qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddiası təmin edilərək mülkiyyət hüququ əsasında iddiaçı X10 ogluna məxsus "Kia Rio" markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobil cavabdehlər İslamov X5 və X1 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İddia təmin edildiyindən iddiaçı X10 oglu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər İslamov X5 və X1 müştərək qaydada tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. İş üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış və iş icra olunmaqdadır. İcra Məmurunun qanuni tələblərinə onun tərəfindən bu günə kimi əməl olunmuş, iş üzrə aparılan icra hərəkətlərinə bu günə kimi maneçilik törətməmişdir. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ondan tələb olunan "Kia Rio" markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobil 02 yanvar 2017-ci il tarixdə onun istifadəsindən çıxmış və o, 6 saylı Notariat Kontorunda hazırki iş üzrə tələbkar X3 ona verdiyi etibarnamə əsasında avtomobili ünvan 1 ünvanda yaşayan Cavabdeh istifadəsinə vermişdir. Həmin tarixdən etibarən avtomobil onun istifadəsindən çıxmışdır, hazırki vəziyyətdə mübahisəli avtomobil ondan tələb olunur, avtomobil onun tərəfindən etibarnamə əsasında Cavabdeh verildiyindən hesab edir ki, mübahisəli avtomobil cavabdehdən alınaraq ona qaytarılmalıdır. Binəqədi rayon Məhkəməsinin 02.02.2021-ci il qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 26 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, mübahisə predmeti olan qaytarılması ondan tələb olunan avtomaşını etibarnamə əsasında dostu üçün 3500 manat məbləğində pul müqabilində almış və sonradan 2000 manata satmışdır. Hazırda həmin avtomaşının harada olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda şərh olunanlara əsaslanmışdır. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, 2(001)-7338/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər İslamov X8 və X2 qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddiası təmin edilərək mülkiyyət hüququ əsasında iddiaçı X10 ogluna məxsus "Kia Rio" markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobil cavabdehlər İslamov X5 və X1 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsinə əsasən mübahisə predmeti olan avtomobilin araşdırılan mübahisə üzrə iddiaçı X6 və X1 alınaraq mülkiyyətçiyə qaytarılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən mülkiyyətiçiyə qaytarılması qət edilmiş, hazırkı iddia üzrə mübahisə predmetini təşkil edən nəqliyyat vasitəsinin axtarılması və s. bağlı tədbirlər icra mərhələsinə aid olmaqla İcra haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icra məmurunun səlahiyyətlərinə aid məsələdir və müvaiq icra təbbirləri həyata keçirilməsi nəticəsində iddiaçı həmin məslənin həllinə nail ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2633/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2633/2021
08.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver