Məhkəmə qərarları › İş №2(060)-2737/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2737/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2737/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt Asan xidmət Qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq müəyyən etdim: Ərizəçi İmanova X2 Asan xidmət Qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhər Corat qəsəbə qəbistanlığında dəfn olunmuş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11.35-də 1958-ci il təvəllüdlü X1 adına çağrış daxil olmuş, ünvana çatdıqda X1 meyidi aşkar edilmişdir. Şərh olunalara əsasən məhkəmə hesab edir ki, bu halda həmin faktın təkrar müəyyən olunması yolverilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Araşdırılan mübahisəyə ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, ölüm haqqında tibbi şəhadətnamənin, daha sonra isə ölüm haqqında şəhadətnamənin alınması üçün səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə müvafiq olaraq səlahiyyətli subyektin imtinası barədə inzibati qaydada məhkəmədə mübahisə qaldıra bilər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 153, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Sumqayıt Asan xidmət Qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar