Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2737/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 01 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 xx.xx.2003-cü ildə Bərdə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Bərdə rayonu, Böyük Qəcər kəndində anadan olmuşdur. ünvan 1 ünvanda yaşayır. Qeyd edir ki, X5 onun oğludur. O, xx.xx.1988-ci ildə anadan olub. xx.xx.2003-cü ildə isə oğlu Bərdə rayonunda vəfat etmişdir. Elə həmin günü də oğlunu Bərdə rayonunda yerləşən Dəymədağıldı kənd qəbristanlığında dəfn etmişdirlər. Lakin bu günə kimi oğluna ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, oğlunun ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhəri Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona məktubla bildirilmişdir ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, faktın müəyyən olunması ona, ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, hazırkı faktın müəyyən edilməsi ona torpaq məsələsinin həlli üçün lazımdır. Belə ki, torpaq ayrılması barədə sənəddə oğlunun da adı var, lakin onun ölüm sənədi yoxdur. Bu günə qədər belə bir sənədin lazım olacağını heç düşünməmişdir. Bildirir ki, oğlu xəstəlikdən rəhmətə gedib və Bərdə rayonunda dəfn olunub. Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi onun dostudur. Onun oğlu 20 ilə yaxındır ki, rəhmətə gedib. Onun yas və dəfn mərasimində iştirak edib. İsanın oğlu Bərdə rayonunda kənd qəbristanliğında dəfn edilib. Eşitdiyinə görə oğlu onkoloji xəstəlikdən rəhmətə gedib. Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi ilə həm qohumdurlar, həm də həmkəndlidirlər. İsanın oğlu 2003-cü ildə rəhmətə gedib. Onun yas və dəfn mərasimində iştirak edib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Xİİİ-JQ 319906 nömrəli doğum haqıqnda şəhadətnamədən görünür ki, X5 xx.xx.1988-ci ildə Bərdə rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03-16-5/7-H-1266/15 saylı məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi X1 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Nümayəndəliyinin xx.xx.2023-cu il tarixli, 92 saylı arayışından görünür ki, X5 xx.xx.2003-cü ildə Bərdə rayonu, Böyük Qacar kəndində vəfat etmiş və Bərdə rayonu, Dəymədağıldı kəndində Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.2003-cü ildə Bərdə rayonu, Böyük Qacar kəndində vəfat etmişdir. Bu fakt Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Nümayəndəliyinin xx.xx.2023-cu il tarixli, 92 saylı arayışı, şahid ifadələri, fotoşəkillər və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin oğlu X1 xx.xx.2003-cü ildə Bərdə rayonunda ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 xx.xx.2003-cü ildə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2737/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2737/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver