Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2740/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə: 1.Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mediator X2 tərəfindən xx.xx.2024-cü ildə barışıq sazişi bağlanılaraq, 1. Birinci tərəf Ərizəçi İkinci tərəf Maraqlı şəxs, yəni ona olan 150000 manat pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra 01 yanvar 2025-ci il tarixindən etibarən 3 ay müddətində 01 mart 2025-ci il tarixədək ikinci tərəf Maraqlı şəxs tərəfinndən ona aşağıda göstərilən cədvəl üzrə vaxtı-vaxıtnda tam həcmdə nağdsız qaydada, birinci tərəfin, yəni onun bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf Əsgərov X1 tərəf Ərizəçi olan 150 000 manat məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra 01 yanvar 2025-ci il tarixindən etibarən 3 ay müddətində 01 mart 2025-ci il tarixədək cədvəldə qeyd edilən məbləğ üzrə hissə-hissə (vaxtı vaxtında) nağdsız qaydada, Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 3. Tərəflər razılşadılar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtı vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), Birinci tərəf Ərizəçi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, İkinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2024-cii il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəf onun etibarından suiistifadə edərək ondan işlə əlaqədar 150000 manat pul alıb və geri qaytarmayıb. Bununla bağlı aralarında mediasiya sazişi bağlanıb. Lakin sonradan eşidib ki, cavabdeh ölkəni tərk edərək Türkiyəyə gedib. Cavabdeh onun kimi bir neçə şəxsi də aldadıb. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan MŞB/8/2024-02882 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Birinci tərəf Ərizəçi İkinci tərəf Maraqlı şəxs ona olan 150.000 (bir yüz min əlli) manat pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixindən etibarən 3 (üç) ay müddətində xx.xx.2025-ci il tarixədək İkinci tərəf Maraqlı şəxs tərəfindən ona aşağıda göstərilən cədvəl üzrə vaxtı - vaxtında tam həcmdə nağdsız qaydada, Birinci tərəfin bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Əsgərov X1 tərəf Ərizəçi olan 150.000 (bir yüz min əlli) manat məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixindən etibarən 3 (üç) ay müddətində xx.xx.2025-ci il tarixədək cədvəldə qeyd edilən məbləğ üzrə hissə-hissə (vaxtı vaxtında) nağdsız qaydada, Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtı vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), Birinci tərəf Ərizəçi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, ikinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs arasında MŞB/8/2024-02882 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sonuncu barışıq sazişini icra etmədiyindən ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 8.Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 9.355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 10.355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 11.355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 12.355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 13.355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 14.Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək hesab edir ki, barışıq sazişinin təsdiq edilməməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil, saziş tərəflərin mənafeyinə uyğun olmaqla hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. 15.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-02882 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs arasında MŞB/8/2024-02882 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Birinci tərəf Ərizəçi İkinci tərəf Maraqlı şəxs ona olan 150.000 (bir yüz min əlli) manat pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixindən etibarən 3 (üç) ay müddətində xx.xx.2025-ci il tarixədək İkinci tərəf Maraqlı şəxs tərəfindən ona aşağıda göstərilən cədvəl (xx.xx.2025-ci ildə 50000 manat, xx.xx.2025-ci ildə 50000 manat və xx.xx.2025-ci ildə 50000 manat) üzrə vaxtı - vaxtında tam həcmdə nağdsız qaydada, Birinci tərəfin bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. 2.İkinci tərəf: Əsgərov X1 tərəf Ərizəçi olan 150.000 (bir yüz min əlli) manat məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixindən etibarən 3 (üç) ay müddətində xx.xx.2025-ci il tarixədək cədvəldə qeyd edilən məbləğ üzrə hissə-hissə (vaxtı vaxtında) nağdsız qaydada, Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 3.Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtı vaxtmda və sazişdə göstərilən məbləğdə ödəm ədikdə), Birinci tərəf Ərizəçi Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, ikinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva