Məhkəmə qərarları › İş №2(060)-2770/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2770/2024

27.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2770/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, həyat yoldaşının 01 iyul 1950-ci il təvəllüdlü X2 12 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin təstiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 1 (bir) manat dövlət rüsumu ödəmişdir. Hesab edirəm ki, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar