Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2834/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi ilə, Ərizəçi Arzu qızının iştirakı ilə, Ərizəçi Arzu qızının övladlığa götürmənin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi Arzu qızının övladlığa götürmənin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizə təqdim edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəfin nümayəndəsinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və AR MPM-nin 170,263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Arzu qızının övladlığa götürmənin ləğv edilməsi tələbinə dair ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2834/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2834/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver