Məhkəmə qərarları › İş №2(060)-2854/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2854/2021

16.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2854/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı mülkiyyətdə olan nəqliyyat vasitələrinin (eskavatorların) qanunsuz sahiblikdən mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı mülkiyyətdə olan nəqliyyat vasitələrinin (eskavatorların) qanunsuz sahiblikdən mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron X10 Mərkəzindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli AZ 013292 saylı X3 Şəhadətnaməsinə əsasən 2012-ci il buraxılışlı 10V527 qeydiyyat nömrəli HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavator və həmin idarədən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli AZ 013291 saylı X3 Şəhadətnaməsinə əsasən 2012-ci il buraxılışlı 10V221 qeydiyyat nömrəli HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavator onun mülkiyyətindədir. Cavabdeh qardaşı Nadir İsmayılovla Ermənistanın Gorus rayonunun Şurnux kəndində 9-10-cu sinfi bir yerdə oxumuşlar. Onlar Ağbulaq kəndində və onların kəndində məktəb 8 illik olduğuna görə 9-10-cu sinifləri Şurnux kəndində olan orta məktəbdə oxumuşlar. Ata-babaları yaxın dostluq münasibətində olmuş və onlar sonradan Azərbaycana, Bakı şəhərinə gəldikdən sonra da bu münasibətləri davam etmişdir. Cavabdehin qardaşı Nadir İsmayılov “xxxx”ın müdiri olmuşdur və onun vasitəsilə qardaşı Cavabdehla da tanış olaraq yaxın münasibətdə olmuşlar. O sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan həmin bankdan ümumi qayda ilə girov (ipoteka) qoyaraq kreditlər götürmüşdür. xx xxx 2012-ci il tarixli 061/12 saylı Kredit Müqaviləsi ilə bankdan 135.000 (bir yüz otuz beş min) manat kredit götürmüş və həmin kreditin təminatı olaraq xx xxx 2012-ci il tarixli 061/12/1 saylı ipoteka müqaviləsi əsasında mülkiyyətində olan həmin vaxt X3 şəhadətnaməsinin nömrəsi 034782 olmuş, 2012-ci il buraxılışlı, ban nömrəsi HCMBFFOOLOO219790 olan HİTACHİ ZX 210 LC-3 markalı ekskavatoru 135.000 (bir yüz otuz beş min) manat məbləğində qiymətləndirməklə ipotekaya qoymuş (həmin vaxt göstərilən məbləğ, yəni 135.000 (bir yüz otuz beş min) manat 173.000 (bir yüz yetmiş üç min) ABŞ dolları təşkil edirdi ki, bu da ipotekaya qoyduğu, istifadə edilməmiş təzə ekskavatorun dəyərinə mütənasib idi). Cavabdeh tikinti sektorunda fəaliyyət göstərdiyindən və əlaqələri geniş olduğundan götürülmüş kreditin ödənişi ilə bağlı mülkiyyətində olan və hazırda qaytarılması tələb edilən, ekskavatorlardan həmin vaxt girovda və ya ipotekada olmayan 2012-ci il buraxılışlı, X3 şəhadətnaməsinin nömrəsi 034782 olmuş, 10V527 dövlət qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrədi 488101, ban nömrəsi HCMBFF00H00219788 olan ekskavatoru 21 saylı X7 xx.xx.2012-ci ildə verilmiş və reyestrdə 7E5642 nömrə ilə qeydə alınmış etibarnamə ilə onun istifadəsinə vermişdir. İpotekada olan 2012-ci il buraxılışlı ban nömrə HCMBFFOOLOO219790 olan HİTACHİ ZX 210 LC-3 markalı ekskavatoru isə ipoteka ilə yüklü olduğundan etibarnamə verilməsi mümkün olmadığı üçün aralarında olan uzunmüddətli dostluq və etibara əsasən sənədsiz olaraq onun istifadəsinə vermişdir. Qarşılıqlı razılaşmaları isə belə olmuşdur ki, cavabdeh həmin ekskavatorlardan özünün sahibkarlıq fəaliyyətində istifadə etməklə və ya icarəyə verməklə bankdan götürdüyü krediti və kreditə hesablanmış faizləri ödəməlidir və kredit ödənişi başa çatdıqdan sonra həmin ekskavatorları saz vəziyyətdə özünə qaytarmalıdır. Razılaşdıqları halda isə icarəyə götürüb ona aylıq icarə haqqı ödəməlidir. Qeyd edilən ekskavatorların tikinti və digər torpaq qazıntı sektorunda aylıq icarə haqqı təxminən 5.000 (beş min) manat həcmində olmuşdur. Müəyyən müddət ərzində cavabdeh qarşılıqlı razılaşmalarına uyğun olaraq banka ödənişlər etmişdir. Sonradan həmin ödənişləri dayandırmış və bank qarşısında xx xxx 2012-ci il tarixli 061/12 saylı Kredit Müqaviləsi üzrə əsas borcdan xx.xx.2018-ci il tarixə 5.840 (beş min səkkiz yüz qırx) manat borc qalmışdır. Bank tərəfindən həmin borca hesablanmış faiz və peniya ilə birlikdə sonda bu borc 9001.75 (doqquz min bir manat yetmiş beş qəpik) manat olmuşdur. Cavabdeh həmin borcu ödəmədiyi üçün “xxxx” ASC-nin ləğv edilməsi ilə əlaqədar təyin edilmiş Ləğvedici məhkəmədə borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi barədə iddia qaldırmışdır. Həmin müddətdə, yəni borcun yarandığı vaxtda Cavabdeh müraciət edərək borcun ödənilməsini, həmçinin ekskavatorların özünə qaytarılmasını tələb etmiş, cavabdeh isə söz versə də sözünə əməl etməmiş, banka olan borcu ödəməmiş, həmçinin müəyyən vaxt ərzində ekskavatorlardan istifadəyə görə qarşılıqlı razılaşma əsasında ona verməli olduğu icarə haqqını ödəməmişdir. Cavabdeh 2016-cı ildə də ekskavatorlardan istifadə edib kredit borcunu ödəmədiyinə görə tərəfindən xx.xx.2012-ci ildə verilmiş etibarnamə xx.xx.2016-cı ildə ləğv edilmişdir. Həmin vaxtda ekskavatorların geri qaytarılmasını tələb etmişdir. Sonradan cavabdeh banka ödənişləri təmin etdiyinə görə xx.xx.2017-ci ildə yenidən etibarnamə vermişdir. Mübahisəli ekskavatorun təminatı olduğu kredit müqaviləsi üzrə banka borcun olması ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin banka olan digər kredit borcları ilə birlikdə ona qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddia ərizəsində göstərilir. İddia tələbinə görə “xxxx” ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 061/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 5838.25 manat əsas borcun, 1138.42 manat faiz borcunun, AR Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 5% - 1940.43 manat, 84.65 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 9001.75 manat məbləğdə pul vəsaitinin və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi, ipotekaya qoyulmuş cavabdeh X4 mülkiyyətində olan Hitachi ZX210LC3 markalı, ban nömrə HCMBFFOOLOO219790, narıncı rəngli, buraxılış ili 2012-ci il olan ekskavatora tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, ekskavatorun açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə tələb edilən ödənilməmiş məbləğ tərəfindən tam həcmdə banka ödənilmişdir. Bundan sonra ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri Habil Məmmədovun imzası ilə Azərbaycan Respublikası “Azərbaşdövləttexnəzarət” müfəttişliyinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli “Yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsi barədə” məktubu əsasında Kredit Müqaviləsi üzrə öhdəliklər yerinə yetirildiyi üçün ipoteka müqaviləsinə xitam verilərək 2012-ci il buraxılışlı 10V221 qeydiyyat nömrəli HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavator ipotekadan azad edilmişdir. Kredit borcunun ödənilməsi üzrə məhkəmə mübahisəsi getdiyi müddətdə dəfələrlə cavabdehə borcun ödənilməsi və ekskavatorların qaytarılması barədə müraciət etsə də nəticəsi olmamışdır. Belə bir vəziyyətdə xx.xx.2018-ci ildə cavabdehə xx.xx.2017-ci ildə 21 saylı DMK-da verdiyi etibarnaməni də ləğv etmişdir. Kreditin qalıq məbləği tərəfindən tam ödənilib ipoteka müqaviləsinə xitam verilərək ipoteka predmeti olan ekskavator ipotekadan azad edilsə də mülkiyyətində olan ekskavatorları cavabdehdən geri ala bilmir. Bir neçə dəfə bu məsələ ilə bağlı getsə də nəticə hasil olmamışdır. Sonuncu dəfə Cavabdeh aid olan Sumqayıt-Quba yolunun Z.Tağıyev qəsəbəsinə çatmamış Qaçqınlar şəhərciyi adlanan ərazidə, toyuq fermasının yanında, gölün kənarında ekskavatoru müəyyən etmiş, mühafizəçilər yaxınlaşmağa imkan verməmişlər. Ona görə kənardan şəklini çəkməklə kifayətlənmişdir. Mülkiyyətində olan ekskavatorlar Cavabdeh verilərkən həmin nəqliyyat vasitələrinin Qeydiyyat Şəhadətnaməsi də tərəfindən ona verilmişdir. O cavabdehdən ekskavatorların və onların dövlət qeydiyyatı haqqında Şəhadətnamələrinin qaytarılmasını tələb etdikdə o, həmin Şəhadətnamələrin ona verilmədiyini, əgər verilibdirsə itirildiyini bildirmişdir. Belə olan halda tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli orqanlara müraciət etməklə mülkiyyətində olan 2 ədəd ekskavatora dair Abşeron DAİM-dən nəqliyyat vasitəsinin X1 almışdır. Cavabdeh 2 ədəd ekskavatorun istifadəsində olduğu müddətdə ona icarə haqqı olaraq hər hansı bir məbləğ ödəməmişdir. Qarşılıqlı razılaşmalarına əsasən cavabdeh kredit ödənişi başa çatdıqdan sonra ona hər ay 5.000 (beş min) manat ödəməlidir. Bankın ona qarşı iddia tələbində göstərilir ki, borc məbləği xx xxxxxx 2018-ci il tarixə kimi ödənilmişdir. Cavabdeh ekskavatorlardan istifadə etməkdə davam etsə də 2018-ci ilin əvvəlindən banka və ona ödəniş etməmişdir. Banka olan borc da onun tərəfindən ödənilmişdir. Ona görə də cavabdeh 2018-ci ilin yanvarından 2021-ci ilin fevral ayı da daxil olmaqla 38 ay üçün hər ay 5.000 (beş min) manat olmaqla ümumilikdə ekskavatorlardan istifadəyə görə ona icarə haqqı olaraq 190.000 (bir yüz doxsan min) manat ödəməlidir. Qanunsuz sahiblikdən mülkiyyətçisinə qaytarılması tələb edilən HİTACHİ ZX 210 LC-3 markalı 2012-ci il buraxılışlı ekskavatorun istismar müddətinə və texniki vəziyyətinə görə hər birinin hazırkı real bazar qiyməti 110.000-120.000 manatdır. Cavabdeh qanunsuz olaraq saxladığı, mülkiyyətində olan hazırda hər birinin real bazar qiyməti 120.000 manat olan 2 ədəd ekskavatorun cavabdehdən alınaraq ona qaytarılması və cavabdehdən həmin ekskavatorlardan 2018-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla 38 ay müddətində istifadə etməsinə görə hər ay 5.000 (beş min) manat olmaqla ümumilikdə 190.000 (bir yüz doxsan min) manat icarə haqqı olaraq tutulub ona verilməsi üçün hüquqi əsaslar mövcuddur. Qeyd olunanlara əsasən Cavabdeh qanunsuz olaraq sahibliyində və istifadəsində saxladığı hazırda hər birinin real bazar qiyməti 120.000 manat olan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron X10 Mərkəzindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, AZ 013292 saylı X3 Şəhadətnaməsinə əsasən mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V527 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi-488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavatorun və həmin idarədən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, AZ 013291 saylı X3 Şəhadətnaməsinə əsasən mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V221 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavatorun alınıb ona verilməsi və həmin ekskavatorlardan 2018-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla 38 ay müddətində istifadə etməsinə görə hər ay 5.000 (beş min) manat olmaqla ümumilikdə 190.000 (bir yüz doxsan min) manat icarə haqqı olaraq tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh qanunsuz olaraq sahibliyində və istifadəsində saxladığı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron X10 Mərkəzindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli AZ 013292 saylı X3 Şəhadətnaməsinə əsasən mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V527 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavatorun və həmin idarədən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, AZ 013291 saylı X3 Şəhadətnaməsinə əsasən mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V221 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavatorun alınıb ona verilməsi və həmin ekskavatorlardan 2018-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla 38 ay müddətində istifadə etməsinə görə hər ay 5.000 (beş min) manat olmaqla ümumilikdə 190.000 (bir yüz doxsan min) manat icarə haqqı olaraq tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş AZ 013291 saylı X3 şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı 10V221 qeydiyyat nömrəli HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavator xx.xx.2020-ci il tarixdən X4 adına qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş AZ 013292 saylı X3 şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı 10V527 qeydiyyat nömrəli HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavator xx.xx.2020-ci il tarixdən X4 adına qeydiyyatdadır. İş materiallarında olan X4 21 saylı notariat kontoruna ünvanladığı xx.xx.2016-cı il tarixli ərizəsindən müəyyən olunur ki, X8 10V527 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ barədə Cavabdeh verdiyi xx.xx.2012-ci il tarixli etibarnamənin ləğvini xahiş etmişdir. İş materiallarında olan X4 21 saylı notariat kontoruna ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, X2 Mahir Əmir oğluna verdiyi xx.xx.2017-ci il tarixli etibarnamənin ləğvini xahiş etmişdir. İş materiallarında olan «xxxx” ASC ilə X8 arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 061/12 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən X6 illik 18 faiz hesablanmaqla 24 ay müddətində 135000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxx 2012-ci il tarixli, 061/12/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, X8 xx xxx 2012-ci il tarixli, 061/12 saylı kredit müqaviləsinin təminatı kimi 2012-ci il buraxılışlı, ban nömrəsi HCMBFFOOLOO219790 olan HİTACHİ ZX 210 LC-3 markalı ekskavatoru ipotekaya qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron X10 Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il məktubdan görünür ki, X4 mülkiyyətində olan HİTACHİ ZX 210 LC-3 markalı, 2012-ci il buraxılışlı, AZ10V221 (şassi nömrəsi HCMBFFOOLOO219790, mühərrik nömrəsi 487946) və HİTACHİ ZX 210 LC-3 markalı, 2012ci il buraxılışlı, 10V527 (şassi nömrəsi HCMBFFOOHOO219788, mühərrik nömrəsi 488101) dövlət qeydiyyat nişanlı ekskavatorlar həbs, girov, ipoteka kimi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X8 mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V527 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavatoru və 2012-ci il buraxılışlı, 10V221 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavatoru etibarnamə ilə Cavabdeh vermiş, sonradan həmin etibarnamə iddiaçı X4 notariat kontoruna müraciəti əsasında ləğv edilmişdir. Hazırda isə iddiaçı X8 Cavabdeh qanunsuz olaraq sahibliyində və istifadəsində saxladığı həmin ekskavatorların alınıb ona verilməsini tələb edir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçı X4 iddia tələbinin mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V527 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavatora və 2012-ci il buraxılışlı, 10V221 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavatora görə Cavabdeh tərəfindən iddiaçıya hər ay 5.000 manat məbləğində icarə haqqı ödənilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı X8, onun nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan Cavabdeh 15 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X6 verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı X4 mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V527 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavator və 2012-ci il buraxılışlı, 10V221 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavator Cavabdeh alınıb iddiaçı X6 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı X4 mülkiyyətində olan 2012-ci il buraxılışlı, 10V527 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 488101, ban nömrəsi HCMBFFOOHOO219788 olan ekskavator və 2012-ci il buraxılışlı, 10V221 qeydiyyat nömrəli, HİTACHİ ZX 210 LC-3 markalı, mühərrik nömrəsi 487946, ban nömrəsi HCMBFFOOLOO219790 olan ekskavator Cavabdeh alınıb iddiaçı X6 verilsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X6 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar