Məhkəmə qərarları › İş №2(060)-2859/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2859/2025

01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2859/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2017-ci ildə rəsmi nikahdan keçməklə Maraqlı şəxs ilə ailə qurmuşdur. Sonradan tərəflər arasındakı nikah məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən tərəflər məhkəməyə müraciət etməzdən əvvəl aralarındakı ailə mübahisəsini mediasiya təşkilatında mediatorun iştirakı ilə müazirə edərək, nikahın pozulması barədə qarşılıqlı razılıq əldə etmişlər. Mediasiya prosesi zamanı həmçinin razılaşmışlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X2 ərizəçinin yanında qalacaq və uşağın saxlanması üçün hər ay Maraqlı şəxs ərizəçiyə 235 manat sabit pul məbləğində aliment ödəyəcəkdir. Bu razılaşma 24.01,2024-cü il tarixli MŞS\MT030\2024\00064 saylı barışıq sazişi ilə rəsmiləşdirilmişdir. Lakin Maraqlı şəxs ötən müddət ərzində nə uşağı ilə maraqlanmamış, nə də ki özü imza edib saziş özrə üzərinə götürdüyü öhdəliyi icra edərək hər ay 235 manat məbləğində alimenti ödəməmişdir. Belə olan halda isə xx.xx.2024-cü il tarixli MŞS\MT030\2024\00064 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq olunaraq məcburi icraya yönəldilməlidir. Eyni zamanda Maraqlı şəxs səbəbkar olduğu mediasiya prosesində sözügedən sazişin hazırlanması üçün xərclənmiş 100 manat və sazişin təsdiqi üçün məhkəməyə ödənilmiş 100 manat, cəmi 200 manat pul da qarşı tərəfdən ərizəçinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən mediasiya prosesi nəticəsində Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞS\MT030\2024\00064 saylı barışıq sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi, sazişin hazırlanması üçün xərclənilən 100 manat və sazişin təsdiqi üçün məhkəməyə ödədiyi 100 manat, cəmi 200 manat pulun Maraqlı şəxs ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra Ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin X1 ananın himayəsinə verilməsi və uşağın saxlanılması üçün 235 manatın fevral ayından başlayaraq hər ayın sonundan gec olmayaraq ərizəçiyə ödənilməsi hissəsinin təsdiq olunması, eyni zamanda ödənilmiş 100 manat rüsumun ərizəçiyə ödənilməsi məhkəmədən xahiiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X4 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2024/00064 saylı barışıq sazişinə əsasən mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı qeydinin (Sumqayıt şəhəri, “ASAN” xidmət Qeydiyat şöbəsi, xx.xx.2017-ci il 1498 № ilə qeyd edilmiş, AZ-İİ № 204691 ) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2018 -ci il doğumlu X2. (Şəx /vəs : AA 5279662) Mediasiya prosesində Maraqlı şəxs (uşağın - atası) övladı xx.xx.2018-ci il doğumlu X2. (Şəx /vəs : AA 5279662) Ərizəçi (uşağın – anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) övladının saxlanmasının uşaq üçün 235 manat aliment Fevral ayından başlayaraq hər ayın sonundan gec olmayaraq Ərizəçi (uşağın - anası) ödəcəyinə razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Ərizəçi (uşağın anası) ilə- Maraqlı şəxs (uşağın-atası) övladı xx.xx.2018-ci il doğumlu X2 (Şəx /vəs : AA 5279662) ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşməsinə) ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Maraqlı şəxs ilə Ərizəçi arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 16 iyun 2017-ci il tarixdə bağlanmış və 1498 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Ərizəçi özünə aid edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.

1. Mediasiya prosesində Maraqlı şəxs (uşağın - atası) övladı xx.xx.2018-ci il doğumlu X2. (Şəx /vəs : AA 5279662) Ərizəçi (uşağın – anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar.

2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) övladının saxlanmasının uşaq üçün 235 (iki yüz otuz beş) manat aliment Fevral ayından başlayaraq hər ayın sonundan gec olmayaraq Ərizəçi (uşağın - anası) ödəcəyinə razılaşdılar və öhdəlik götürdü. Qətnamə dərhal icra olunsun. Maraqlı şəxs ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar