Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-295/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: 1 saylı Sumqayıt Regional «ASAN Xidmət» X12) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 11 aprel 1947-ci ildə anadan olmuş, 01 noyabr 2002-ci ildə Sumqayıt şəhərində ev şəraitində ölmüş və Sumqayıt şəhər Tağıyev qəsəbə qəbristanlığında dəfn olunmuş X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun anasıdır. O, 11 aprel 1947-ci ildə anadan olmuşdur. Anası 01 noyabr 2002-ci ildə ev şəraitində ölmüş və Sumqayıt şəhər Tağıyev qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Anam səhiyyə orqanlarında ölmədiyindən onun ölümü barədə müvafiq tibbi sənədlər verilməmişdir. Anasının ölüm faktını təsdiq etməkdə məqsədi atası X2 mülkiyyətində olan fərdi evə dair ərizəçinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasıdır. Ərizəçinin anası 01 noyabr 2002-ci ildə Sumqayıt şəhərində ev şəraitində ölmüş və Sumqayıt şəhər Tağıyev qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Bunu Sumqayıt şəhəri H.Z.Tağıyev Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 161 №-li məktubu və xx.xx.2023-cü il tarixli qonşuların Aktı təsdiq edir. Anası ev şəraitində öldüyündən ölüm haqqında şəhadətnamə ala bilmir. Ölüm haqqında şəhadətnamə almaq üçün Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan xidmət” X7 müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “Asan xidmət” X12 özünün 16 may 2023-cü il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional «ASAN Xidmət» X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçi onun dostudur, dostunun anası X8 01 noyabr 2002-ci ildə Sumqayıt şəhərində ev şəraitində ölmüş və Sumqayıt şəhər Tağıyev qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - AZ-İ № 079011 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə gərginlk stenokardiyası səbəbindən ölmüşdür. - İV-ЖГ № 268216 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi atası X10, anası X5r. - AЗ № 137972 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 arasında 26 sentyabr 1966-cı il tarixli 19 saylı nikah qeydi vardır. - AЗ № ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947ci il təvəllüdlü X3 atası X13, anası X4r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin anası xx.xx.2002-ci ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X1 01 noyabr 2002-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-295/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-295/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver