Məhkəmə qərarları › İş №2(060)-2970/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2970/2024

08.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2970/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 08 aprel 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Maraqlı şəxs ilə Ərizəçi arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞS/MT030/2023/00107 saylı, 30 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş üzrə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 18 oktyabr 2006-cı il təvəllüdlü X4 və 30 dekabr 2008-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bildirmək istəyir ki, birgə nikahlarından anadan olmuş 18 oktyabr 2006-cı il təvəllüdlü X4 və 30 dekabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs aliment tələb etmiş, məhz bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Sumqayıt 1 saylı X1 Qasımov ilə aralarında MŞS/MT030/2023/00107 saylı, 30 yanvar 2023-cü il tarixli barışıq sazişi bağlanmış, həmin saziş ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 18 oktyabr 2006-cı il təvəllüdlü X4 və 30 dekabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq Ərizəçi ödəməyi ohdəsinə götürmüşdür. Aralarında Barışıq sazişinin bağlanmasına baxmayaraq Qasımov X8 şərtlərinə əməl etmir. Belə ki, 2023-cü ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr eləcə də cari ilin yanvar, fevral və mart aylarında alimenti ödəməmiş, yalnız 2023-cü ilin dekabr ayında avqust ayında ödəməli olduğu alimenti ödəmişdir. Başqa sözlə desə Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə və müntəzəm olaraq pozmuş, yuxarıda qeyd olunan ayların alimentini ödəməmişdir. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq həmin sazişin təsdiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziya məktubu ilə Maraqlı şəxs müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs alimenti vaxtında ödəməmişdir, bununla əlaqədar oktyabr ayında vəkilə müraciət etmişdir. Övladlarından biri İzmirdə təhsil alır, onun tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdehin gecikmələri çoxdur. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf X9 ərizəyə dair izahat verərək bildirdi ki, ürək əməliyyatı olmuşdur, hazırda səhhəti pisdir. Belə ki, bir əli tez-tez keyiyir, ona görə daim işləyə bilmir. Son vaxtlar aliment borcu yığılana kimi həmişə vaxtında alimenti ödəmişdir. Hətta borcundan 120 manat ödəniş etmişdir. Hazırda maddi çətinliyi ilə əlaqədar aliment ödəyə bilməmişdir. Alimenti ödəməkdən yayınmır. İş olan kimi aliment borcunu ödəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00107 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesində Maraqlı şəxs, X5 ilə birgə nikahlarından anadan olmuş 18 oktyabr 2006-cı il təvəllüdlü X4 və 30 dekabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq X2 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İV 698974 saylı və AZ-İV 698975 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 18 oktyabr 2006-cı il təvəllüdlü X4 və 30 dekabr 2008-ci il təvəllüdlü X11 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Maraqlı şəxs pretenziya ünvanlanmışdır. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması ərizəçinin barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00107 saylı Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "Mediasiya prosesində Maraqlı şəxs, X5 ilə birgə rəsmi nikahında doğulan 18 oktyabr 2006-cı il təvəllüdlü X4 və 30 dekabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimenti hər ayın sonundan gec olmayaraq X2 ödəməyi öhdəsinə götürdü.” Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar