Məhkəmə qərarları › İş №2(060)-2983/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2983/2025

10.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2983/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Mediasiya təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış 28 oktabr 2024-cü il tarixli MŞS/MT030/2024 saylı barışıq sazişinin təsdiq edilməsinə və ödədiyi cəmi 260 manat pulun Maraqlı şəxs tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 19 dekabr 2022-ci il tarixdə Maraqlı şəxs ilə nikaha daxıl olub ailə qurublar. Birgə nikahlarından 03 aprel 2024-cü il tarixdə övladları X2 dünyaya gəlmışdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-634/2025 saylı 04 fevral 2025-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O və Sərvan Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatmda övladlarının saxlanması və alimentlə əlaqədar 28 oktabr 2024-cü il tarixli MŞS/MT030/2024 saylı barışıq sazişi bağlayıblar. Bu sazişin şərtlərinə görə onlar aralarında olan nikahın pozulmasına, yetkinlik yaşına çatmayan övladları Çinarın onun yanında yaşamasına, övladlarının saxlanması üçün Sərvan tərəfindən 2024-cü ilin noyabr ayının 1-dən etibarən ona 250 manat sabit pul məbləğində aliment ödənilməsinə və Sərvanla övladlarının görüşməsi şərtlətinə dair razılaşma əldə ediblər. Lakin, Sərvan aralarında olan barışıq sazişin şərtlərinə əməl etmir və alimenti ödəmir. Odur ki, aralarında mediasiya prossesində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və məcburi icra edilməsi vacibdir. Barışıq sazişi bağlamaq üçün mediasiya təşkilatına cəmi 160 manat və məhkəməyə ərizə vermək üçün dövlət rüsumu olaraq 100 manat, cəmi 260 manat pul ödəyib. Həmin məbləğ Maraqlı şəxs tutulub ona ödənilməlidir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etd ki, artıb rəsmi qaydada boşanıblar. Cavabdehlə uşağı saxlamaq üçün 250 manat aliment ödənilməsi və hər həftənin bazar günləri uşağın 3 saat atası ilə görüşməsi barədə razılıq əldə ediblər. Lakin cavabdeh barışıq sazişini icra etmir. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, aralarında olan mübahisəyədair barışıq sazişi imzalayıblar. İşsiz olduğu üçün uşağının saxlanılması üçün müəyyən edilmiş alimenti ödəyə bilməmişdir. Hazırda yeni işə qəbul olu, 800 manat əmək haqqı alır. Hər ayın 5-də uşağı üçün müəyyən edilmiş alimenti ödəyəcəkdir. Hazırda ərizənin təmin edilməsinə etiraz etmir.

5. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə iddia tələbi təmin edilmiş, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında 2 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci ildə tarixdə bağlanmış, 469 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 7.İşdə olan MŞS/MT030/2024-02279 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında 2 saylı Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 469 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladı xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs övladı xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Noyabr ayının 1-dən etibarən hər ayın sonuncu günündən gec nayaraq 250 (iki yüz əlli ) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürür. 4. Ərizəçi övladı xx.xx.2024-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi bazar günləri saat 17:00--dan saat 20:00-a kimi ozünün nəzarətində olmaqla görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. 8.İşdə olan AZ-İV 990501 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs arasında MŞS/MT030/2024-02279 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sonuncu barışıq sazişini icra etmədiyindən ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 11.355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 12.355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 13.355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 14.355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 15.355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 16.Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinintəsdiq edilməsini mümkün hesab edir. 17.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. 18.Məhkəmə qeyd edir ki, hər iki tərəf mediasiyada bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulması barədə razılaşıblar. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-634/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 469 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.Qeyd edilən maddənin tələblərini və tərəflər arasında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulduğunu nəzərə alan məhkəmə hesab edir ki, barışıq sazişi tərəflər arasında nikahın pozulması hissəsində təsdiq edilməməli, qalan hissələrdə isə təsdiq edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu (100 manat) və barışıq sazişinin təsdiq edilməsi üçün ödənilmiş mediasiya xərci (160 manat) Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilməlidir. 25.Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024-02279 saylı, xx.xx.2024cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladı xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar.

2. Maraqlı şəxs övladı xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün noyabr ayının 1-dən etibarən hər ayın sonuncu günündən gec olmayaraq 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürür.

3. Ərizəçi övladı xx.xx.2024-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi bazar günləri saat 17:00-dan saat 20:00-a kimi ozünün nəzarətində olmaqla görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. Cavabdeh Maraqlı şəxs 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və 160 (bir yüz altmış) manat mediasiya xərci tutularaq iddiaçı Ərizəçi ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar