Məhkəmə qərarları › İş №2(060)-3012/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3012/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3012/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 Ərizəçi X1 iştirakı ilə Ərizəçi X1 maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, 24.09.2012-ci il təvəllüdlü X14 Siyavuş qızı 15.01.2016-cı il tarixində X10 qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi X4 ərizəni müdafiə edərək göstərdi ki, 24.09.2012-ci il təvəllüdlü X14 Siyavuş qızı 15.01.2016-ci il tarixində X10 qəsəbəsində ölmüş və X10 qəsəbəsinin qəbirstanİığında dəfn olunmuşdur. X14 Siyavuş qızının 15.01.2016-ci il tarixində X10 qəsəbəsində ölməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə alınmadığına görə qızının ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən 24.09.2012-ci il təvəllüdlü X14 Siyavuş qızının ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. 05/Q-902/15 saylı 10.03.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi onun 24.09.2012-ci il təvəllüdlü X14 Siyavuş qızının ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Göstərilənləri nəzərə alaraq, 24.09.2012-ci il təvəllüdlü X14 Siyavuş qızı 15.01.2016-cı il tarixində X10 qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, ərizəçi onun qaynı arvadadır. Ərizəçinin uşağı yüksək bədən temperaturundan dünyasını dəyişib. Uşaq dörd yaşında rəhmətə gedib və Tağıyev qəsəbəsindəki qəbristanlıqda dəfn edilib. Məhkəmədə şahid X9 ifadəsində göstərdi ki, ərizəçi Ülviyyə Hadıyevanın həyat yoldaşı tərəfindən qohumudur. Ərizəçinın uşağı yüksək bədən temperaturundan dünyasını dəyişib və uşaq H.Z.Tağıyev qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilib. Məhkəmə ərizəçi X4, şahidlər X5 və X6 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 10.03.2022-ci il tarixli məktubundan görünür ki, Hadiyeva Şəhanə Siyavuş qızının ölümünü təsdiq edən sənədin olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt şəhəri, X2 09.03.2022-ci il tarixli arayışından görünür ki, 15.01.2016-cı ildə vəfat etmiş Hadiyeva Şəhanə Siyavuş qızı Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ-İİİ № 171681 saylı, 04.09.2013-cü il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Hadiyeva Şəhanə Siyavuş qızı 24.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında-X7, ana qrafasında-Ərizəçi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən 24.09.2012-ci il təvəllüdlü Hadiyeva Şəhanə Siyavuş qızının 15.01.2016-cı il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 24 sentyabr 2012-ci ildə anadan olmuş, Hadiyeva Şəhanə Siyavuş qızının 15 yanvar 2016-cı il tarixində Sumqayıt şəhəri, X10 qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 24 sentyabr 2012-ci ildə anadan olmuş Hadiyeva Şəhanə Siyavuş qızının 15 yanvar 2016-cı il tarixində Sumqayıt şəhəri, X10 qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar