Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3020/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.01.1930-cu il təvəllüdlü X2nun 15.10.2016-ci il tarixində Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21.01.1930-cu il təvəllüdlü X2 15.10.2016ci il tarixində Abşeron rayonu, Saray qəsəbəsində ölmüş və Abşeron rayonu, Saray qəsəbəsinin qəbirstanİığında dəfn olunmuşdur. X2 15.10.2016-cı il tarixində Abşeron rayonu, Saray qəsəbəsində ölməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə alınmadığına görə atasının ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən 21.01.1930-cu il təvəllüdlü X2nun ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubunda qeyd olunur ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi “Sizin 21.01.1930-cu il təvəllüdlü atanız X3 ölümünün qeydiyyata alınması barədə ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır”. Hazırda Sumqayıt şəhəri, Sumqayıtçay stansiyası ərazisi, fərdi yaşayış evində yaşadığına görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, sözügedən faktın təsdiqlənməsi ona atasından qalan bağ torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı lazımdır. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, onunla yaxın münasibətləri var. Ərizəçinin atası öləndə onun evində olmuşdur. Hətta dəfn və yas mərasimində də iştirak etmişdir. Şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, ərizəçinin atası Hörmət 2016-cı ildə Qurd dərəsində evdə rəhmətə getmişdir. Onun dəfn və yas mərasimində də iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan V-JQ 335067 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1955-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, X2, anası X8r. İş materiallarında olan Abşeron Rayon Saray Bələdiyyəsinin 94 nömrəli, 30.03.2022-ci il tarixli arayışından görünür ki, X5 15.10.2016-cı il tarixdə vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbə Qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X14 Təcili Tibbi yardım Stansiyası tərəfindən verilmiş 31.03.2022-ci il tarixli, 831 nömrəli arayışdan görünür ki, 15.10.2016-cı il tarixdə briqada verilən ünvana çatdıqda 1930-cu il təvəllüdlü X3 meyiti aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 05.04.2022-ci il tarixli, 05/Q-1194/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin X2 15.10.2016-cı il tarixində Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. Bu fakt Abşeron Rayon Saray Bələdiyyəsinin 94 nömrəli, 30.03.2022-ci il tarixli arayışı, Sumqayıt Tibb Mərkəzi X14 Təcili Tibbi yardım Stansiyası tərəfindən verilmiş 31.03.2022-cil tarixli, 831 nömrəli arayış, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 15.10.2016-cı il tarixində Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 15.10.2016-cı il tarixində Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3020/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3020/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver