Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3023/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “öüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Rzaxanlı Adəm Ülvi oğlunun 30 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə 22 iyul 2017-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki qızı: 05 may 2018-ci il təvəllüdlü X7, 06 oktyabr 2020-ci il tarixli X4 və mərhum 26 avqust 2022-ci il təvəllüdlü Rzaxanlı Adəm Ülvi oğlu dünyaya gəlmişlər. Mərhum oğlu anadan gəlmə öd yolların olmamağı yəni biliary atresia diaqnozu ilə dünyaya gəmişdir. Bütün müalicə tədbirlərinə baxmayaraq həkimlər oğlunun sağalmasına dair ümidləri olmadığını bildirirdilər. Əllərindən gələn ancaq dərmanlarla onun həyatını azda olsun uzatmaq idi. Övladları artıq 7 ( yeddi) aylığında bədəni şişmişdir. xx.xx.2023-cü il tarixdə “103” X10 zəng edərək oğlunun halını pisləşməsi ilə bağlı məlumat vermişdir. Təcili yardım uşağını müayinə etdiyi zaman bütün tibbi sənədləri də araşdırdı və əllərin heç bir tədbir gəlmədiyini bildirdi. Onlar gedəndən təxmini 1 saat sonra oğlu evlərində can verərək rəhmətə getmişdir. Övladları həmin gün Bum qəsəbəsinin qəbirstanlığmda dəfn etmişdilər. Qeyd edir ki, heç vaxt ölüm hadisəsi ilə rastlaşmamış və onula bağlı sənədləşdirmə işləri ilə məşğul olmamışdır. Ona görə də, xəstəxanaya müraciət etmişdir ki, tibbi şəhadətnamə alsın. Lakin, xəstəxanadan ona bildirdilər ki, övladı rəhmətə gedəndən sonra onlar X12 çağırıb ölüm faktını onların iştirakı ilə qeydə alınmalı idi. Onlar isə bunu bilmədiklərinə görə və onlara heç kim başa salmadığına görə əvvəldən X12 çağırmışdılar. Bundan sonra Sumqayıt Qeydiyyat şöbəsinə yaxınlaşaraq oğlu Rzaxanlı Adəm Ülvi oğlunun ölümünün qeydiyyata alınması barədə ərizə ilə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən də xx.xx.2023-cü il tarixli, 3-16-5/8-R-1564/15 nömrəli məktubla ölümün qeydə alınmasından imtina edilmiş, ölüm faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmədə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, ərizəçi onun oğludur. Rəhmətə gedən uşağın nənəsidir. Uşaq doğulanda anadan gəlmə öd yollarının olmamağı səbəbindən xəstə doğulmuşdur. Nəvəsi Adəm cəmi 7 ay yaşamışdır. Nəvəsini Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən qəbristanlıqda dənf etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarına qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Hazırda ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizəni təmin edilməsi mümkün deyildir. İşə əlavə olan Qəbələ Rayon İcra Hakimiyyəti Bum qəsəbəsi İnzibati Ərazi Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 127 nömrəli arayışından görünür ki, Rzaxanlı Adəm Ülvü oğlu xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində vəfat etmiş və xx.xx.2023cü il tarixində Bum qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ-İV № 773079 saylı, xx.xx.2022-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Rzaxanlı Adəm Ülvi oğlu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X3 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçini, şahidin izahatı və işin materialları ilə həqiqətən xx.xx.2022-ci il təvəllüdlü Rzaxanlı Adəm Ülvi oğlunun xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü Rzaxanlı Adəm Ülvi oğlu ünvan 3 ünvanında 30 mart 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü Rzaxanlı Adəm Ülvi oğlu ünvan 3 ünvanında 30 mart 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3023/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3023/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver