Məhkəmə qərarları › İş №2(060)-305/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-305/2025

20.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-305/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mehdi oğlu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvana qanun üzrə vərəsə hesab edilməsini, müddətin bərpa edilməsi və vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Cümşüdov Mehdi Xankişi oğlu Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 70/40 ünvanında yerləşən 8 saylı mənzilin paylı mülkiyyətçilərindəndir və həmin evin özünə məxsus hissəsinə dair sənədi Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın X4 Reysteri publik hüquqi şəxsi tərəfindən 3090П000127-05101-093019 reyster nömrəli çıxarışı almışdır. Cümşüdov Mehdi Xankişi oğlu 1 avqust 2020-ci ildə vəfat etmişdir və onun birinci dərəcəli yeganə vərəsəsi övladları hesab olunurlar. İddiaçının anası X1 isə 21 iyul 2020-ci ildə vəfat etmişdir. İddiaçı atası ilə anasının ondan başqa 4 uşaqları olub. Valideyinlərinin vərəsəsi bütün övladlar hesab olunur. Hal-hazırda valideyinləri vəfat etsələr də sənəd üzrə çıxarış iddiaçının atasının adında da qalıbdır. Qardaşı həmin mənzili satıb onlara düşən payı verəcəyinə söz versə də bu sözünü tutmamış, onları aldatmışdır. Ancaq iddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün vaxtında müraciət bilmədiyi üçün qanunvericiliklə qoyulan 6 ay müddəti ötürmüşdür. Daha sonra o, xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat ofisinə ərizə ilə müraciət edərəq vərəsəlik şəhadətnaməsi almaq istəmi., lakin müddəti ötürdüyü üçün ona imtina cavabı gəlmişdir. Hal hazırda həmin mənzildə qardaşı oğlu yaşayır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2020-ci ildə vəfat etmiş atası Cümşüdov Mehdi Xankişi oğlundan qalan miras əmlaka dair müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh2 Mehdi oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Mehdi oğlu iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Cavabdeh2 Mehdi oğludur. - 1 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisin tərəfindən xx.xx.2024-cü il tarixli, 649 saylı məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya 1 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 2637 saylı cavab məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Cümşüdov Mehdi Xankişi oğlundan miras qalmış əmlaka dair vərəsəsi ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı (ŞV:AZE 08180791; Sumqayıt- xx.xx.2010; FİN:xxxxxxx, d/t: xx.xx.1974) "mirasın qəbul edilməsi’' barədə ərizə ilə müraciət etmişdir, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın X4 Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-4093/2024 saylı mənzilin hüquqi rejiminə dair məlumatın verilməsi barədə cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 70/40 ünvanında yerləşən 8 saylı mənzil ünvan 4yi xx.xx.1992-ci il tarixli, 5M- 684 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında Cümşüdov Mehdi Xankişi oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan xx.xx.2024-cü il tarixində hüquq sahibinin vərəsəsinin müraciəti əsasında yuxarıda qeyd olunan qeydiyyat vəsiqəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəzlənmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə atası Cümşüdov Mehdi Xankişi oğlundan miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçı qardaşı Cavabdeh2 Mehdi oğlu tərəfindən aldadıldığı üçün mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İbişova X2 Mehdi Xankişi oğlunun qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçı İbişova X2 Mehdi Xankişi oğlunun qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş atası Cümşüdov Mehdi Xankişi oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin ötürməsi üzrlü hesab edilərək bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar