Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3059/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs idarə etdiyi “Priora” markalı, **-ZK-*** dövlət qeydiyyat nömrəli avtomaşınla baş vermiş yol qəza hadisəsindən sonra onun təqsirli hərəkəti nəticəsində sağlamlığının 81-100 faiz itirilməsi ilə nəticələnən əlil olmuşdur. Gündəlik reabilitasiya müalicə klinikalarının ödəniləcək bərpa xərci gündəlik 50 manat olmaqla, aylıq 1500 manat, baxıcı xərci 650 manat, yol xərci isə 20 manat olmaqla, 600 manat təşkil edir. Bu xərcin yalnız 350 manatını dövlətin əlil pensiyaçı olaraq təyin etdiyi vəsait hesabına ödəmək gücündədir. Əlavə olaraq hadisəyə qədər Polad - Yol Yapı senayi ve ticaret A.Ş Azərbaycan Respublikasındakı filialında işçi olaraq aldığı 600 manatdan da məhrum olmuşdur. Əvvəllər bu ödənişlərə tərəfindən köməklik edilsə də son aylar qarşılanmadığından səhhətində ciddi problemlər yaranmışdır. Reabilitasiya xərclərinin qarşılanması ilə əlaqəli aralarındakı problemlərlə bağlı, alternativ həlli qaydada tənzimlənməsi üçün “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən barışıq sazişi hazırlanaraq imzalanmışdır. Barışıq sazişinə əsasən xx.xx.2023-cü il tarixdə ilkin olaraq 1500 manat ödəməli olsada maraqlı şəxs ödəmədən yayınmaqla müalicənin aparılmasını mümkünsüz etdiyindən məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X1 arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1931 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, Maraqlı şəxs hər ayın 29dan, növbəti ayın 29-dək Ərizəçi müalicəsi və reabilitasiyası üçün 03 il müddətinə 1500 manat məbləğində pulu kart vasitəsi ilə köçürməyi öz öhdəsinə götürür. 03 il müddətinə Ərizəçi ilə Maraqlı şəxs nikahı pozulduqda və ya pozulmadıqda Maraqlı şəxs heç bir aliment tələb etməyəcəyini öz öhdəsinə götürür. Tərəflər ayrı-ayrı evlərdə yaşayacaqlarını bildirdilər. Maraqlı şəxs, Ərizəçi müalicəsi, reabilitasiyası və digər xərclərində, həkimə aparılmasında və müayinəsində iştirak etməyəcəkdir. Nikahın pozulması hissəsinə isə xitam verilir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir Ona görə də, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs hər ayın 29-dan, növbəti ayın 29-dək Ərizəçi müalicəsi və reabilitasiyası üçün 03 il müddətinə 1500 manat məbləğində pulu kart vasitəsi ilə köçürməyi öz öhdəsinə götürməsi və 03 il müddətinə Ərizəçi ilə Maraqlı şəxs nikahı pozulduqda və ya pozulmadıqda birincinin Maraqlı şəxs heç bir aliment tələb etməyəcəyini öz öhdəsinə götürməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3059/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3059/2023
27.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver