Məhkəmə qərarları › İş №2(060)-3171/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3171/2023

09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3171/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) xx.xx.1953-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, Corat Bağları fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 iddiaçının həyat yoldaşı olmuşdur. Mərhum həyat yoldaşı uzun müddət Gürcüstan Respublikasında və Azərbaycanda onkoloji xəstə olaraq müalicə almışdır. Bu müalicələrin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən həyat yoldaşı mərhum X4 19 yanvar 2023-cü il təxminən səhərə yaxın, saat 04:00 radələrində ağır uzun sürən onkoloji xəstəlikdən vəfat etmişdir. Bununla əlaqədar Sumqayıt şəhər Təcili və X3 Stansiyasına çağırış etmək üçün zəng etsələr də, telefon xətti məşğul olduğundan Təcili Yardım ünvana gəlməmişdir. Başqa üsullarla onun həkimə çatdırılması mümkün olmamışdır. Bu səbəbdən mərhum həyat yoldaşının ölməsi ilə əlaqədar həkim arayışı alınmamışdır. Hal-hazırda həkim arayışı olmadığı üçün mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilmirlər. Belə ki, mərhum həyat yoldaşının daim müalicə aldığı və qeydiyyata götürüldüyü Sumqayıt Şəhər Onkoloji Xəstəxana ona ölümü təsdiq edən həkim arayışı vermir. Belə olduqda isə maraqlı şəxs mərhuma ölüm haqqında şəhadətnamə verməkdən imtina edir. Bu faktın təsdiqi iddiaçının mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1943-cü ildə, Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/Q-50/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Nikah haqqında şəhadətnamənin surətinə əsasən ərizəçi ilə Səmayə Bayramova xx.xx.2020-ci ildə, Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Sumqayıt şəhər Onkoloji xəstəxanası vəkil sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, X2 ölümü Sumqayıt Onkoloji Xəstəxasında baş vermədiyindən ona ölüm haqqında tibbi şəhadətnamənin Sumqayı Onkoloji Xəstəxanasında verilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, ərizəçi atası, mərhum Səmayə Bayramova isə anasıdır. Səmayə Bayramova onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, 19 yanvar 2023-cü il tarixində vəfat edib. Ərizəçi tərəfindən iş materiallarına Sumqayıt şəhər Onkoloji xəstəxanasının epikrizləri əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır (307.2.8.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum həyat yoldaşı X2 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin, maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin mərhum həyat yoldaşı X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və X2 xx.xx.2023-cü il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü ildə anadan olmuş X2 xx.xx.2023-cü il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar