Məhkəmə qərarları › İş №2(060)-3178/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3178/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3178/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçiım qızının iştirakı ilə, Ərizəçiım qızının Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçiım qızı Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun həyat yoldaşıdır. Belə ki, onlar xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahdan iki övladları var. Həyat yoldaşı xx.xx.2020-ci ildə Sumqayıt şəhərində yaşadıqları evdə vəfat etmişdir. xx.xx.2020-ci ildə həyat yoldaşını Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda dəfn etmişlər. Lakin bu günə kimi həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, həyat yoldaşının ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Faktın müəyyən olunması ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, faktın müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün tələb olunur. Belə ki, ölüm haqqında şəhadətnamə olmadan mərhumun uşaqlarının bir sıra sosial problemlərini həll etmək mümkün olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçinin və mərhumun qonşusudur. Təxminən 2020-ci ilin noyabr ayının axırlarında mərhumun mətbəxdə keçindiyini görmüşdür. Ölüm səbəbini dəqiq bilmir, onda olan məlumata görə ürək tutmasından vəfat etmişdir. Bütün yas mərasimlərində şəxsən iştirak etmişdir. Mərhum H.Z.Tağıyev qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçinin tanışıdır. Mərhum onda olan məlumata görə ürək tutmasından dünyasını dəyişib. Onun yas mərasimlərində iştirak etmişdir. Mərhum H.Z.Tağıyev qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 726359 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X3 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx xxxxxx 2011-ci il tarixdə 1980 saylı nikah qeydi ilə nikah bağlanmış, qadına Quliyeva soyadı verilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020 il tarixli 05/Q-2831/15 saylı məktubundan görünür ki, Ərizəçiım qızına ərinin ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi İcra nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X8 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və Hacı Zeynalabdin qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, xx.xx.1975-ci il təvvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxx 1975-ci ildə anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar