Məhkəmə qərarları › İş №2(060)-3222/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3222/2024

25.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3222/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 25 aprel 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Maraqlı şəxs ilə onun arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞS/MT030/2023-00561 saylı, 15 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 aprel 2017-ci il tarixdə iş üzrə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 14 iyun 2017-cı il təvəllüdlü X4 anadan olmuşdur. Bildirmək istəyir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6287/2019 saylı mülki iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 14 iyun 2017-ci il təvəllüdlü X1 onun yanında qalması və Maraqlı şəxs 01 iyul 2019-cu il tarixdən etibarən 160 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardımla bağlı pulun tutulub Ərizəçi ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş 160 manat məbləğində aliment uşağın saxlanması üçün kifayət etmədiyindən “alimentin artırılması” tələbinə dair qanunvericiliyin tələbinə uyğun olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, qeyd olunan təşkilatda Maraqlı şəxs ilə aralarında MŞS/MT030/2023-00561 saylı, 15 aprel 2023-cü il tarixli barışıq sazişi bağlanmış, həmin saziş ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 14 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində alimenti 01 iyul 2023-cü il tarixdən etibarən Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Aralarında Barışıq sazişinin bağlanmasına baxmayaraq Bağırov X3 şərtlərinə əməl etmir. Belə ki, artıq 2 aydır ki, sazış ilə müəyyən edilmiş alimenti ödəməkdən boyun qaçırır. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq həmin sazişin təsdiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziya məktubu ilə Maraqlı şəxs müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs artırılmış alimenti vaxtında ödəmir. Belə ki, mediasiyada uşaq üçün 220 manat aliment müəyyən edilib. Cavabdeh fevral ayında ona barışmağı təklif etsə də, o isə razılaşmamışdır. Bu səbəbdən cavabdeh 220 manat deyil, 160 manat aliment ödəyəcəyini bildirmişdir. Ona görə məhkəmə qətnaməsi ilə barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə dair izahat verərək bildirdi ki, onun 220 və 50 manat olmaqla, cəmi 270 manat borcu var. Bu məbləğdə borca görə iş gəlib məhkəməyə çıxmışdır. Həmin borcu və həmçinin müəyyən edilmiş 220 manat alimenti ödəyəcəkdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00561 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs alimentin artırılması iddiası ilə bağlı mübahisənin mediasiyada həll olunmasına razıdırlar. Maraqlı şəxs övladı 14 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi məhkəməninn 2(060)-6287/2019 nömrəli qətnaməsinə əsasən təyin edilmiş hər ay ödənilməli olan 160 manat alimenti 01 iyul 2023-cü il tarixdən etibarən artıraraq övladının yetkinlik yaşına çatana kimi hər ay 220 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6287/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, Maraqlı şəxs ilə Bağırova (Abdullayeva) Turanə Ceyhun qızı arasında 11 aprel 2017-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 852 N ilə qeyd edilmiş nikahın pozulması, 14 iyun 2017-ci il təvəllüdlü X1 iddiaçı Bağırova (Abdullayeva) Turanə Ceyhun qızının himayəsində qalması, cavabdeh Maraqlı şəxs 01 iyul 2019-cu il tarixdən başlayaraq 14 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin və 14 iyun 2017-ci il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində maddi yardımla bağlı pulun tutulub iddiaçı Bağırova (Abdullayeva) Turanə Ceyhun qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, barışıq sazişinin şərtlərinə əməl etməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Maraqlı şəxs yazılı bildiriş ünvanlanmışdır. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00561 saylı Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "Maraqlı şəxs övladı 14 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi məhkəmənin 2(060)-6287/2019 nömrəli qətnaməsinə əsasən təyin edilmiş hər ay ödənilməli olan 160 manat alimenti 01 iyul 2023-cü il tarixdən etibarən artıraraq övladının yetkinlik yaşına çatana kimi hər ay 220 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür.” Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar