Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3265/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladı X4 ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi mərhum övladı 01.06.2007-ci il təvəllüdlü X4 15.09.2007-ci il tarixdə ölməsi barədə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı 01.06.2007-ci il təvəllüdlü X9 15.09.2007ci il tarixdə vəfat etmişdir. Övladını Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə qəbirstanlığında dəfn etmişdirlər. Müvafiq həkim arayışı olmadığına görə övladının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla əlaqədar qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X7 ifadə verərək bildirdi ki, o, mərhum ilə dost olmuş, bir yerdə böyümüşdürlər. Dindar olduğu üçün uşağın dəfnini o, həyata keçirmişdir. Mərhum Ərizəçi ata-anasının yanında dəfn olunmuşdur. Mərhumun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmədə şahid X8 ifadə verərək bildirdi ki, o, Ərizəçi ilə qohumdur. Mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 21 saylı Mənzil Kommunal Səhəsinin qonşuların tərtib etdiyi aktından görünür ki, X9 01.06.2007-ci il tarixdə anadan olmuş, 15.09.2007-ci il tarixdə vəfat etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X9 01.06.2007ci ildə Sumqayıt şəhəridə anadan olmuşdur. Atası Ərizəçi, anası X5r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 02.02.2022-ci il tarixli, 05/Q-434/15 saylı məktubundan görünür ki, X6 X4 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhəri, X2 01.02.2022-ci il tarixli, 42 №-li arayışından görünür ki, 01.06.2007-ci il təvəllüdlü X9 15.09.2007-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X11 04.03.2022-ci il tarixli, 126 №-li məktubundan görünür ki, xəstə 01.06.2007-ci il təvəllüdlü X9 08.09.2007-ci ildən 22.09.2007-ci ilədək Sumqayıt şəhər Uşaq xəstəxanasının reanimasiya şöbəsində “Sağtərəfli seqmentor pnevmoniya, kəskin gedişli, ağır dərəcəli, postdefisit anemiya” diaqnozu ilə müalicə olunmuşdur. 22.09.2007-ci ildə xəstə valideynlərinin israrı ilə Bakı şəhəri, K.Fərəcova adına X1 köçürülmüşdür. Bu səbəblərdən uşağa ölüm haqqında şəhadətnamənin Sumqayıt şəhər Uşaq xəstəxanası tərəfindən verilə bilməsinin mümkünsüzlüyü bildirilmişdir. - Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsinin 17.05.2022-ci il tarixdə təsdiq etdiyi, qonşuların tərtib etdiyi aktdan görünür ki, 01.06.2007-ci il tarixdə anadan olmuş X9 15.09.2007-ci il tarixdə vəfat etmişdir və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin övladı 01.06.2007-ci il təvəllüdlü X9 15.09.2007-ci ildə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun atası olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, 01.06.2007-ci il təvəllüdlü X4 15.09.2007-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 01.06.2007-ci il təvəllüdlü X4 15.09.2007-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3265/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3265/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver