Məhkəmə qərarları › İş №2(060)-3278/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3278/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3278/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndələri Nümayəndə1 Məbud qızı və Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10052 (on min əlli iki) manat məbləğində borcun və 125 manat dövlət rüsumu kimi köçürdüyü pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X8 xx.xx.2019-cu ildə cavabdehə 10052 manat məbləğində borc pul vermiş və bu barədə cavabdeh iltizam da yazmışdır. Oğlu sağlığında Sumqayıt Şəhər Məhkəməsində ona qarşı həmin pulun tələbi ilə bağlı iddia qaldırmış, lakin həmin iş məhkəmənin xx.xx.2020-ci il tarixli 2(060)-2929/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Lakin oğlu xx.xx.2020-ci ildə qətlə yetirilmiş və o, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun varisi hesab olunmuşdur. O, oğlunun qanun üzrə 1-ci növbə vərəsəsi cavabdehə rəsmi qaydada pretenziya göndərməklə oğluna borclu olduğu 10052 manat məbləğində pulu qaytarmasını bildirmiş və pul qaytarılmadığı təqdirdə bildirişi aldığı vaxtdan 10 gün sonra ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldıracağını bildirmişdir. Lakin cavabdeh yenə də borclu olduğu puldan hər hansı bir ödəniş etməmişdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh diş həkimi işləyir. Oğlu ilə bir yerdə təhsil alıblar. Oğlu cavabdehi tanıdığına görə ona borc pul vermişdir. O, oğlunun pulunu qaytarması üçün cavabdehin evinə də getmişdir. Lakin cavabdeh borcunu qaytarmaqdan imtina edir və borcunu qaytarmayacağını bildirir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, qardaşı sağ olanda cavabdehə hissə-hissə 6000 manat və 4000 manat pul vermişdir. Bundan sonra o, borcu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Qardaşı cavabdehə məhkəməyə verəcəyini bildirdikdə, cavabdeh bankdan pul götürüb qaytaracağını demişdir. Qardaşı vəfat etməmişdən əvvəl də ona borcunu ala bilmədiyini bildirmişdir. O, qardaşının vəfatından sonra pulu tələb etdikdə cavabdeh borcu qaytardığını bildirmişdir, cavabdehdən sübut tələb etsə də, cavabdeh ona sübutunun olmadığını və pulu qaytarmayacağını bildirmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, problemlərinin olduğuna görə 6000 manat pul götürmüşdür. Həmin şəxs pulu ona 20 faizlə vermişdir. O, götürdüyü borc məbləğini 2 ay gecikdirməklə 2020-ci ilin iyul ayında 8770 manat olmaqla qaytarmışdır. Onun hazırda iddiaçı tərəfə heç bir borcu yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazma ilə yazılmış borc müqaviləsindən görünür ki, Cavabdeh 10 sentyabr 2019-cu il tarixdə 1 (bir) ay müddətinə borc götürməklə X4 10052 (on min əlli iki) manat məbləğində pul götürdüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X6 vərəsələri X9 miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4162/2018 saylı qətnaməsinə əsasən X2 580 (beş yüz səksən) manat X5 460 (dörd yüz altmış) manat, X3 200 (iki yüz) manat məbləğində pul tələbindən ibarətdir. İşdə olan AZ-İİ № 174614 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşə əlavə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/866 saylı ekspert rəyindən görünür ki, mülki işin 23-cü vərəqində olan xx.xx.2019cu il tarixli Borc müqaviləsinin sonunda “İmza” əlyazması qərşısındakı “Cavabdeh” əlyazmaları və imza-Cavabdeh Zahiq oğlu tərəfindən icra olunmuşdur. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Eyni zamanda cavabdeh məhkəmədə iştirak edən zaman iddiaçının oğluna olan borcunu qaytardığını bildirsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 138 (bir yüz otuz səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10052 (on min əlli iki) manat məbləğində pulun və iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərləri 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar