Məhkəmə qərarları › İş №2(060)-3283/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3283/2023

11.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3283/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator Etibar Həsənovun iştirakı ilə Bakı 5 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2022-ci il tarixli, № MŞB/5-03225 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə mediator Etibar Həsənovun iştirakı ilə ərizəçi ilə Maraqlı şəxs arasında № MŞB/5-03225 saylı barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin 2-ci maddəsinə əsasən hər iki tərəf xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun yetkinlik yaşına çatana kimi anası X1 yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimenti X2 ödəmək barədə öhdəlik götürmüşdür. X3 xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun atası-Maraqlı şəxs ilə hər həftənin bazar günləri saat 10:00-dan 13:00-a kimi, çərşənbə axşamı saat 18:00-dan 21:00-a kimi, cümə axşamı saat 18:00-dan 21:00-a kimi sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs hazırda barışıq sazişini könüllü icra etməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onunla Maraqlı şəxs arasında mediator Etibar Həsənovun iştirakı ilə Bakı 5 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2022-ci il tarixli, № MŞB/5-03225 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə, Bakı 5 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2022-ci il tarixli, № MŞB/5-03225 saylı barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, X3 ər-arvad münasibətlərinin bundan sonra davam etdirilməsinin mümkünsüz olmasını, Maraqlı şəxs isə nikahın pozulmasına razı olmadığını bildirir. Tərəflərin razılığına və qanunvericiliyin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun yetkinlik yaşına çatana kimi anası X1 yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimenti X2 ödəmək barədə öhdəlik götürür. X3 xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun atası-Maraqlı şəxs ilə hər həftənin bazar günləri saat 10:00-dan 13:00-a kimi, çərşənbə axşamı saat 18:00-dan 21:00-a kimi, cümə axşamı saat 18:00-dan 21:00-a kimi sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Tərəflər arasında xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs ər-arvad münasibətlərinin davam etdirilməsinin mümkünsüzlüyü qənaətinə gələrək xx.xx.2022-ci il tarixdə mediator Etibar Həsənovun iştirakı ilə ərizəçi ilə Maraqlı şəxs arasında № MŞB/5-03225 saylı barışıq sazişi bağlamışdır. Barışıq sazişinin şərtlərinə görə hər iki tərəf xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun yetkinlik yaşına çatana kimi anası X1 yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimenti X2 ödəmək barədə öhdəlik götürür. X3 xx.xx.2014-cü il təvəllüdlü Şamilli Ayaz Orxan oğlu və xx.xx.2016-cı il təvəllüdlü Şamilli Fuad Orxan oğlunun atası-Maraqlı şəxs ilə hər həftənin bazar günləri saat 10:00-dan 13:00-a kimi, çərşənbə axşamı saat 18:00-dan 21:00-a kimi, cümə axşamı saat 18:00-dan 21:00-a kimi sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator Etibar Həsənovun iştirakı ilə Bakı 5 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2022-ci il tarixli, № MŞB/5-03225 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 5 saylı Mediasiya təşkilatında mediator Etibar Həsənovun iştirakı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, № MŞB/5-03225 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə № MŞB/5-03225 saylı barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar