Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3293/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü X5 ilə xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Nikahları Ermənistanın Masis rayonunda rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladları – X9 və X3 anadan olmuşdur. Həyat yoldaşı X5 uzun illər böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi və davamlı olaraq müalicə alırdı. xx.xx.2025-ci il tarixində evdə olarkən həyat yoldaşı X2 vəziyyəti pisləşmiş və o, X19 çağırmışdır. Bakı şəhəri X19 Stansiyasının həkimləri yaşadıqları ünvan 1 ünvanında yerləşən evlərinə gələrək yoldaşı X4 Bakı şəhər, X12 aparmışdır. Lakin onu xilas etmək mümkün olmamış və o, Bakı şəhər X13də dünyasını dəyişmişdir. Bundan sonra ona ölüm haqqında arayış vərəqəsi verilmişdir. Ölüm arayışda 67 yaşlı X5 adlı şəxsin xx.xx.1958-ci il tarixdə saat 14:56-da bioloji ölümün baş verdiyi qeyd edilmişdir. Sabahsı günü yəni, xx.xx.2025-ci il tarixində onlar mərhum arvadı X4 Mehdiabad qəsəbə qəbristanlığında dəfn etmişlər. Bundan sonra o, Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ancaq qeydiyyat şöbəsi ona xx.xx.2025-ci il tarixli məktub təqdim edərək, tibbi şəhadətnamə olmadığı əsası ilə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd edir ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixində vəfat etmiş həyat yoldaşı X2 mülkiyyətindədir. Lakin mərhumun ölümü haqqında şəhadətnamə olmadığına görə, vərəsəlik hüququnu həyata keçirə bilmirlər. Ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən məhkəmədən xx.xx.1958-ci il təvəllüdlü həyat yoldaşı X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, evdə komada olmuş, daha sonra xəstəxanaya aparmış və orada dünyasını dəyişmişdir. Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Mərhum yaxşı adam olmuş, onunla birlikdə otururmuşlar. Lakin sonradan xəstəliyi yaranmağa başlamışdır. Mart ayında vəfat etmişdir. Yas mərasimində də iştirak etmişdir. Məhkəmə, Ərizəçi izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: M/V seriyalı, 064811 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İİ-CЛ seriyalı, 260834 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 28 sentyabr 1980-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi verilmiş 09 aprel 2025-ci il tarixli, 3-16-5/7-13-653/2025 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti qeydiyyat qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. Azərbaycan Respbulikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 86 nömrəli, 28 aprel 2025-ci il tarixli arayışdan görünür ki, mərhumə X5 xx.xx.2025-ci il tarixdə Mehdiabad qəbrsitanlığında dəfn olunmuşdur və dəfn xərcləri həyat yoldaşı Ərizəçi tərəfindən çəkilmişdir. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “X16” PHŞ tərəfindən Ərizəçi ünvanlanmış ərizəyə cavabdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il saat 13.34-də X13 TTTY şöbəsinə aqonal vəziyyətdə daxil olmuşdur. Aparılan reanimasion tədbirinə baxmayaraq xx.xx.2025-ci il saat 14.56-da xəstədə bioloji ölüm baş vermişdir. Hadisə barədə Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşı X10 məlumat verilmişdir. Ş.Hüseynovanın yaxınlarına meyidin patoloji-anatomik müayinəyə göndərilməli olduğu bildirilmişdir. Yaxınları isə ərizə yazaraq imtina etmişlər. Belə olan təqdirdə ölüm haqqında tibbi şəhadətnaməni əldə edə bilməyəcəkləri izah olunmuşdur. Bu səbəbdən X16 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadəsi ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi həyat yoldaşı xx.xx.1958-ci il təvəllüdlü X5 10 mart 2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi X2 ölümünün qeydə alınması barədə Bakı Şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1958-ci il təvəllüdlü X2 10 mart 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X2 10 mart 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3293/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3293/2025
30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver